Karyera üçün yeni addımlamağa başlayan gənclər üçün faydalı məlumat:
1) CV qısa formada yazılmalıdır, ancaq eyni zamanda bütün lazımi məlumatları əhatələməlidir (şəxsi məlumatlar, təhsil, iş təcrübəsi)
2) Müsahibəyə gəldikdə səliqəli və təmiz geyimdə olmaq lazımdır (iş geyimi)
3) Müsahibə zamanı sizə yönləndirilən suallara dəqiq cavab vermək lazımdır
4) Müsahibə zamanı sizə CV-də olan məlumat soruşulduqda, demək düzgün olmaz ki- “CV-də bu haqda məlumat var artıq”. Sizə yönləndirilmiş sualları aydın formada cavablandırmaq lazımdır. Burada məqsəd sizi danışdırmaq, nitq qabiliyyətinə baxmaq və özünü ifadəni qiymıtləndirməkdir.
“If a recruiter is asking you about a certain skill, don’t reference your resume, and instead use it as your moment to shine.”