Biznes Yazı üslubu necə olmalı

Biznes prosesində yazı üslubunun qısa və aydın olmasını ekspertlər məsləhət görür. Əks halda sizin yazınız oxunmadan atlanacaq. Beləki günümüzdə hər kəsin yoğun qrafiki vaxta qənaəti tələb edir.

Bu mövzuda ekspertlər deyir ki : Aydın yazı aydın düşüncədən xəbər verir (Kara Blackburn; MİT Sloan biznes məktəbi), Siz dünyanın ən maraqlı ideyalarına sahib ola bilərsiniz, amma əgər bunu komunikasiya vasitəsilə çatdıra bilmirsinizsə sizi heç kim eşitməyəcək. Əgər kimsə özündə bu bacarığı görmürsə məyus olmağa dəyməz çünki, burada sevindirici hal odur ki, bu bacarıq inkişaf etdirilə bilər. Üzərinizdə çalışmaqla siz profesional səviyyədə fikirlərinizi yazıda ifadə edə biləcəksiniz.

Yazmağa başlamadan öncə yazınız barəsində düşünün. Yazı prosesində əsas yalnışlıq ondan ibarətdir ki, yazmağa başlamadan əvvəl biz yazımızı planlaşdırmırıq. Fikirlərin özü özlüyündən gələcəyinə ümid edirik (Bryan Garner). Bu isə nəticə etibarilə bizim yazımızın strukturu olmayan mənasız bir yazı olmasına səbəb olacaqdır. Yazı prosesində özünüzə sual verin, mən bu yazı ilə auditoriyama hansı mesaji vermək istəyirəm? Yazınızı bir daha oxuyun, mesajınız tam aydın olacaqmı deyə bir daha qiymətləndirin.

Birbaşa sözünüzü ifadə edin, dolayı mesajlardan uzaq durmağa çalışın. Biznes yazılarında çatdırmaq istədiyiniz mesajı ən əvvəldə qeyd edin, daha sonrakı paraqraflarda isə izaha yer verə bilərsiniz. Ancaq burada əsas nüans , vacib fikirin lap əvvəldə qeyd edilməsidir. Beləki uzun məktubun sonuna gəlmədən meneceriniz digər məktubun oxunmasına keçid alacaqdır. Giriş mesajınız uğursuz olduğu halda bütünlüklə məktub uğursuz olacaqdır.

Mümkün qədər qısa yazı ilə məktubunuzu ifadə etməlisiniz. Lazımsız artıq olan köməkçi sözləri ixtisara salmağa çalışın. Yazınızı bitirdikdən sonra mütləq qayıdıb oxuyun, ətrafınızdakı kolleqalarınızdan da rica edə bilərsiniz kənar göz kimi yoxlamadan keçirsinlər.

Yazı yazmaq bir bacarıqdır, bunun üzərində hər gün çalışmaqla mükəmməl səviyyəyə gətirə bilərsiniz. Yazı üslubunu bəyəndiyiniz insanların yazılarını oxuyaraq öz yazınızla müqayisə edin, hansı cəhətlərinizin zəif qaldığını aşkar etdikdən sonra bunun üzərində işləməklə fərdi inkişafa nail ola bilərsiniz.

Məqalə HBR mənbəsinə əsasən yazılmışdır

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s