Daxilindən gələn tənqidçini necə ən yaxın dost etmək olar

Hər birimizin daxilində bir tənqidçi vardır, hansı ki, şikayətlənir, qınayır və beləliklə bizim özümüzü elə özümüzün gözündən salır. Ancaq daxili tənqidçini dost etmək və öz inkişafımızda istifadə etmək elə öz əlimizdədir. Bəziləri onu susdurmaq uğrunda çalışır, lakin biz anlamalıyıq ki, daxilimizdə mövcud olan tənqidçini susdurmaqla biz kreativlik imkankanlarımızın önünü kəsirik.

Əgər diqqət etmisinizsə tənqid daima var olur, biz onu içimizdə nə qədər susdurmağa çalışsaq da o yenidən qayıdır, bəlkə də səbəb odur ki, tənqid yaradıcı olmanın ən əsas ünsürüdür. Tənqid olmasa o zaman lazımsız və ucuz fikirlər meydana gələcək. Bu fikirdən irəli çıxaraq qeyd etməliyikki, tənqidin müsbət nəticələr verə bilməsi üçün onun konstruktiv olması əsas şərtdir. Bu cür tənqid üsulu sizi işləməyə həvəsləndirəcəkdir, dağıdıcı keyfiyyətli tənqid üsulu əvəzinə konstruktiv tənqid işinizdə sizi peşəkar edəcəkdir.

Kritika və kreativ bir birinin əksi deyildir

Yaradıcı yanaşmanın əsas nüansı ondan ibarətdir ki, vəziyyətə müəyyən sistemlə yaxınlaşmağı öyrədir. Yəni, fikrin yaranma mərhələsi ilə proses başlanır daha sonra fikirlər ele sistemləşdirilməlidir ki, proseslərdə tıxaclar yaranmasın. Bu ümumi yanaşma idi, bir də məsələyə fərqli yanaşma tərzi vardır. Məsələn, yazıçı yazısını yazmaq prosesinə başladığı zaman, qayıdır yazısını bir daha oxuyur və ele prosesin özündə mövcud nöqsanlar aşkarlanaraq ortadan qaldırılır. Prosesin bucür nəticələnməsinin əsas səbəbkarı daxili tənqidçidir (kritik). Nəticə olaraq qeyd etməliyik ki, bəli tənqid (kritika) ilə yaradıcılıq keyfiyyətləri  (kreativlik) müştərək iş görməktədir.

Daxili tənqidi öz tərəfimizə necə keçirə bilərik

Elə günü sabahdan bu proqramı günlük həyatınızda təmin etməyə çalışın. Hər hansı işi başlamazdan öncə bir qədər dayanıb iş haqda düşünün;

  • bu işin nəticəsində mən necə bir “əsər” ortaya qoya biləcəyəm
  • Gördüyüm işin keyfiyyətini nəyə əsasən müəyyən edəcəyəm (ölçülər nədir)

Bu kimi suallarla öz daxili tənqidçiniz sizin öz işinizdə peşakar olmanız üçün daim yol axtaracaqdır.

Digər bir üsul ondan ibarət olacaq ki, siz hər hansı işə başlamazdan əvvəl bir qədər səbrli olun, ciddi olaraq işə başlamayıb sadəcə bəzi plan üzrə işlər düşünün. Kağız üzərində qısaca fikirlərinizi ifadə edin. Əgər iş prosesində daxildən gələn səs- bizim halda tənqidci – deyə bilər ki, bu nə işdir sən görürsən (nə məqsədlə görürsən )? Bu layihə əvəzinə başqa nə edərdin? Layihəmin daha güclü olması üçün daha nə etməliyəm?

Əgər iş prosesində daxili tənqidçi sizi işləməyə narahatçılıq yaradırsa, o zaman sadəcə özünüzdə bunu tərbiyə edin: işin sonunda tənqid gözü ilə işi qiymətləndirəcəyinizi özünüzə söz verin. Qiymətləndirməni şəffaf edin , özünüzü aldatmayın. Və işinizə daha həvəslə yanaşmaq prosesini təmin edin!

Özünüzdə görəcəksiniz ki, konstruktiv tənqid sizə nələr bəxş edəcək.

Mənbə:

– Yazı adme.ru web səhifəsinin əsasında hazırlanmışdır.

– foto by R.A.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s