Evinizə fərahlıq, hoşgörü və mənəvi təmizlik gətirmək üçün 6 məsləhət

Bir çox insan evində mövcud  eyni əşyaların yerini dəyişdirməklə artıq fərahlıq gəldiyini hiss edir. Bu həqiqətən də belədir. Yaşadığınız mühitdə davamlı edəcəyiniz kiçik dəyişikliklər sizə yeni ruh yüksəklikləri yaşadacaq. Burada diqqətinizi çəkmək istədiyim məqam odurki, evinizdə artıq öncədən mövcud olan əşyalarla biz buna nail oluruq, yəni evə yeni ruh gətirmək üçün yeni əşya alınmır. Mövcud əldə olan imkanlarla biz bu uğuru əldə edə bilirik.

Digər bir yanaşma ondan ibarətdir ki, yaşadığımız mühitin daim təmiz və sistemli olmasına riayət etsək ruhumuz da daim dincəlmiş olar. Bu istiqamətdə bəzi məsləhətləri nəzərinizə çatdırmaq istərdik:

  • Hər səhər yatağınızı yığmağı unutmayın – Yatağımızı səliqəli bir formada yığmaqla şüuraltı olaraq biz xaosu sistemliliyə transform etmiş oluruq. Nəzərə alaraq ki, həyatımızın 1/3 hissəsini biz yataqda keçiririk, bu bizim diqqətimizi sərf etməyimizə layiq nüansdır.
  • Evimizdə otaqlarda mümkün qədər genişlik yaradaq– Açıq sahələr yeni imkanların yaranmasına şərait yaradır. Geniş və təmiz mühit maraqlı söhbətlərin keçirilməsinə imkanlar yaradır. Sevdiyimiz mühitin mövcudluğu yaşadığımız mənzili evimizə çevirir.

13

  • İdrak etməliyik ki, bizim sözlərimiz bizim mühiti yaradır- Beləki, bizim hadisələrə münasibətimiz, bizim gələcək anlarımızın axışını təyin etməyə zəmin yaradır. Dolayısıyla bizim əhvalımızı təyin edir. Təbii ki, biz işlətdiymiz sözləri pozitiv notlar üzərində seçsək o zaman biz özümüzü artıq pozitivə yükləmiş olarıq. El arasında belə söz də yayılmışdır ki, “Niyyətin hara mənzilin ora”, bu məsəl özü özünü açıqlayır.
  • Ana təbiətlə iç içə olmaq – Təbiəti yaşadığınız mühitə daşımağa çalışın. Hər dəfə imkan olduqca evinizin pəncərələrini açın, çöldən daxil olan havanın evinizdə dövr etməsinə imkan yaradın. Evinizin otaqlarında canlı otaq bitkilərini yerləşdirin. Bitkilər bizim qapalı məkan olan evlərimizdə havanın təmizlənməsində bizə köməkçi olur, və evlərimizə fərahlıq gətirir. Evinizdə olarkən televizoru söndürün, açılmış pəncərədən daxil olan quşların səsi, yağışın səsi yaxud təbiətdən gələn hər hansı səsin evinizə gəlməsinə şərait yaradın. Qısacası, təbiətlə yaşamağa çalışın, bu sizə yeni ruh bəxş edəcəkdir.

IMG_20160308_180005

  • Qonaqlar dəvət edin, onlarla birlikdə vaxt keçirin, yemək yeyin- Yaxın insanlarla ünsiyyətdə olmaq, onlara müxtəlif təamlar təklif etmək, evinizdə mövcud ruzini paylaşmaq evinizin bərəkətini daha da artıracaqdır və daha çox enerjinin evinizə daxil olmasına şərait yaradacaqdır.
  • Evinizə daim minnətdarlıq hissini duyun- Bu belə olduğu təqdirdə sizin evə gələn insanlar evinizdəki sevgini hiss edəcəkdir. Sahib olduqlarınıza görə minnətdar olmaq və dəyərini bilmək evinizdəki fərahlığı artıracaq, və sizin ruh yüksəkliyinizə səbə olacaqdır.

12

Yuxarıda sadalanan məsləhətlər feng-shui nəzəriyyəsinin fikirləri idi. Yaxından baxdığımız zaman görürük ki, bunlar əslində çox bəsit nüanslardır, bizlər biraz daha diqqətli olmaqla yaşadığımız günlük həyatın bizə bəxş etdiyi xırda gözəllikləri duya bilərik. Nəticə olaraq aldığımız ruh yüksəkliyi yaşadığımız günü bizə daha sevimli edəcəkdir.

Mənbə : http://www.mindbodygreen.com/

R.A.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s