Xoşbəxt övlad böyütməyin 5 qaydası

Körpəsi yenicə dünyaya gələn valideynlərin qayğılarından ən əsası necə xoşbəxt bir uşaq böyüdə bilməkdir. Bu mövzuda bir çox araşdırmalar aparılıb, kitablar yazılıb.

Övladınız uşaqlıq dövrünü bir ömr boyu xatırlayacaq- bu səbəblə çalışmalıyıq ki, bu dövrü onlar üçün unudulmaz gözəl anlarla dolu keçirək. Bu zaman onlar özgüvəni güclü fərdlər kimi böyüyəcəklər.

IMG_20160628_000736

Uşaqlıq dövründə uşaqla necə davranmalı, onu hansı istiqamətdə böyütməli olduğumuzu araşdırarkən, bir neçə bəsit ancaq əsaslı qaydaları nəzərinizə çatdırırıq:

1. Övladınızı çox sevin!

Onunla ünsiyyət qurun və daima onu duyduğunuzu onu anladığınızı ona hiss etdirin. Bu hər hansı jest ilə yaxud hərəkət yaxud münasibət bildirərək ola bilər. “Bəli”, ” sonra necə oldu?”, “sən necə etdin”, “sən nə dedin” və s kimi ifadələrlərlə övladınızın söhbətinə dəstək verə bilərsiniz. Söhbət əsnasında yaranmış hər nüansı ətraflı izah etməyə çalışın. Bəzən uşaqların sizin bu cür cavablarınıza laqeydlik göstərdiyinə baxmayaraq, bu açıqlamalar ona çox kömək edir. Uşaqlar üçün ən kədərlisi odur ki, valideynlərin bəzən səbəb göstərmədən və izahat vermədən “olmaz” deyib  bir şeyləri qadağan etməkləridir. Övladınızla münasibət zamanı bu kimi ifadələri istifadə etməkdən qaçın: “Sən hələ çox balacasan, ona görə də heçnə anlamırsan”. Baş verənləri ayrı ayrılıqda övladınızıa izah etməyə sərf etdiyiniz vaxta heyfiniz gəlməsin, çünki  bu, uşağın özünə hörmət və zəkasının inkişafına əvəzsiz bir töhfədir.

IMG_20160801_140522_edit

2. Övladınıza hisslərini necə ifadə etməyi öyrədin.

Uşaq psixoloqları məsləhət edirlər ki, övladınıza onun öz hisslərini ifadə etməsini öyrədəsiniz, beləki, övladınız artıq yetişkin insan olduqda o, öz hisslərini ifadə etməkdən qorxmayacaq və o cümlədən başqalarının da hisslərini başa düşə biləcək. Uşaq hisslərini ifadə etməsə belə onun üz cizgilərindən yaxud verdiyi reaksiyadan  duyğularını anlamağa cəhd edin. Ev işləri üzrə övladınıza bəzi öhdəliklər verin, bu halda övladınızda məsuliyyət hissi formalaşacaqdır. Ailədə daimi tapşırıqları olan uşaqlar özlərini ailənin mühüm bir hissəsi kimi hesab edirlər və öz vəzifələrini yerinə yetirərkən məmnunluq hiss edirlər.

3. Övladınızın ən balaca uğurunu belə alqışlayın, valeh olduğunuzu nümayiş edin.

Onun əzmkarlığı və müstəqil olaraq nə isə etməyə çalışmasındakı uğurları nəticədən çox daha vacibdir. Daha əhəmiyyətli bir şeydir. Unutmamaq lazımdır ki, övladınızın bir şey öyrənə bilməsi üçün onun səhv etməsi labüddür. Fəal öyrənmə və inkişaf üçün gündəlik  olaraq müxtəlif səhvlərin edilməsi qaçınılmazdır. Uşağa qəzəblənsəniz, onun şəxsiyyətini deyil, əməlini qiymətləndirməyə çalışın. Cəza ədalətli olmalıdır və müəyyən bir iş üçün təyin olunmalıdır. Burada vacib olan nüans uşaq anlamalıdır ki, siz onun hansı hərəkətinə görə onu nədənsə məhrum edirsiniz. Əgər düzəldiyini görürsünüzsə, onu alqışlamağı unutmayın. Nəzərə alın ki,  fiziki olaraq heç bir formada uşaq cəzalandırılmamalıdır. Kəmər vasitəsilə döymək, şillə vurmaq və s. bu kimi cəza tədbirləri uşaqların şəxsiyyətini alçaldır, onu cılızlaşdırır və gələcək yetişkin həyatında onun yazıq, köməksiz, aciz, qorxaq kimi böyüməsınə səbəb olur.

img_20160525_134845.jpg

4. Övladınıza “yox” deməyi öyrədin.

Uşağa izah edilməlidir ki, bəzən edilmiş təkliflərə imtina etmək olar yaxud lazımdır. Bir çox valideynlər uşaqlarını həmişə nəzakətli, hörmətli və digərlərinə qarşı daha anlayışlı olmağı öyrədirlər. Ancaq bu yanaşma, uşağın özü olmasına və onun şəxsiyyətinin doğru inkişafına mənfi təsirlər edə bilər. Bu cür uşaqlar təzyiq altında olduqda “yox” deyə bilmək üçün valideynlərinin icazəsinə ehtiyac duyurlar. Müəyyən hallarda hər kəsin öz fikrini ifadə etmək hüququna malik olduğunu övladınıza izah edin.

5. Övladınızla birlikdə gülün, əylənin!

Övladınızla bərabər səyahət etməkdən, yeni məkanlar kəşfetməkdən və yeni təəsüratlar yaşamaqdan qorxmayın! Övladınız bir ömr boyu uşaqlıq illərini xatırlayacaq – odurki, çalışın bu zaman dilimi sevindirici xatirələr, xoşbəxtlik, sevgi  və məhəbbətlə  keçən günlərlə dolu olsun. Hansı ki, bu günlər yada düşəndə, övladınıza sabaha inam hisslərini aşılayacaq.

IMG_20160725_095608

 

Mənbə:

mətn: http://www.vospitaj.com

Foto: R.A.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s