Yeni ildə özünü yeniləmək üçün nə etmək lazımdır, yaxud özünün ən yaxşı versiyası olmaq üçün 17 məsləhət

on

design-3047520_960_7201 Yanvar artıq heç şübhəsiz yenilənmə tarixinə çevrilib. Yeni ildən yeni mən olacağam deyir çox insan. Məhz bu zaman dilimində yenilənməyi istəyənlər üçün 17 məsləhət hazırladıq:

  1. Yeni və düzgün vərdişlər öyrənin

Bu, sağlamlığınızı yaxşılaşdırmaq, həyat keyfiyyətini yüksəltmək, iş saatlarının məhsuldarlığını artırmaq və azad zamandan zövq almaq üçün əmin bir yoldur. Özünüz üçün yeni sahələr müəyyən edin, hansı ki, siz həmin sahə üzrə güclənmək istərdiniz. Və bu yeni məqsədə çatmaq üçün nələr edilməlidir, müəyyən edərək  öz günlük cədvəlinizə daxil edin. Bir dəfə bu cür modeli yaratmaq üçün enerji sərf edəcəksiniz daha sonra isə görəcəksiniz ki, bu artıq vərdişə çevrilib.

woman-2827304_1920

Gündəlik vərdişləri etmək (vərdiş halına gəldikdən sonra) adətən minimum səy tələb edir. Məsələn, hər gün eyni vərdişi  (evin yığışdırılması) edərsənsə, evdəki yır yığış işi uzun sürməyəcək. Bu kiçik addımlar daha böyük işlərin görilməsində olan ehtiyacı azaldacaq.

 

  1. Özünüzə qarşı pozitiv olmağa başlayın

Həyatınıza olan baxışınızı dəyişdirməyin əsl vaxtıdır. Xoşbəxt bir insan olmağı, hər hansı çətinlikləri asanlıqla keçə bilməyi və həmişə özünüzlə harmoniyada  qalmağı öyrənin. Hər hansı bir insan uğurla bu vəzifəni yerinə yetirə biləcək güclə dünyaya gəlir.

smile-2045963_1920.jpg

Bir aydan üç aya qədər olan müddət ərzində pozitiv düşüncəni adət halına gətirə bilərsiniz. Müsbət dəyişikliklər bir ay ərzində artıq  görünməyə başlayacaq, ancaq onlar bir gündə deyil tədricən gəldiyi üçün siz bunun fərqinə varmayacaqsınız, bir baxacaqsınız ki, siz artıq dəyişmisiniz. Belə bir vərdişin vacibliyinə özünüz üçün qərar verdikdən sonra, hər hansı bir mənfi vəziyyətə düşdüyünüz zaman dərhal müsbət tərəfləri axtarmağa başlamalısınız. Müsbət aspekt mənfi ilə üst-üstə düşməməli yaxud onu “gizlətməməlidir”, yalnız müsbət nüansın varlığı müəyyən edilərək tapılmalıdır. Məsələn, çalışdığınız iş yerində ixtisara düşmüsünüzsə, daha yaxşı bir işyerinə düzəlmək üçün  şansınız necə artıb düşünün. Müsbət olun, ancaq real şərtlər daxilində (xəyallarda yaşamaq da yalnış addım ola bilər). Xoşagəlməz vəziyyətlərlə başa çıxmaq üçün bu üsuldan istifadə edin. Problemlərdə müsbət nüans tapın, onların üstünlüyünü dərk edin və daha da irəliləmək üçün güclənin.

  1. Qida qəbulu gündəliyi tərtib edin

Ən azı bir müddət kaloriləri hesabladığınız və şərh yazdığınız bir gündəlik saxlamağa çalışın. Yeməyin əyləncə kimi yaxud streslə mübarizə üsulu kimi istifadə edilməməsi üçün diqqət edin. Özünüzdən daim soruşun: niyə bu məhsulu, yeməyi yeyirsiniz? Qidanın “pis” və “yaxşı” balansına və şəkərin istehlak miqdarına nəzər salın. Bu yemək rasionunuzun təhlil edilməsinə və obyektiv bir şəkil görməyə  kömək edəcəkdir.

weight-loss-2036966_1920

  1. Hədəfləri düzgün qoymağı öyrənin

Məqsədlərə nail olmaq və nailiyyətdən həzz almaq üçün  onları doğru müəyyən edin. Məqsədlər spesifik, ölçülə bilən, əldə edilə bilən, adekvat və müəyyən bir vaxt çərçivəsində olmalıdır (deadline təyin etməyi unutmayın). Bu beş xüsusiyyət olmadan, uğur qazanmaq çətin ki, mümkün olsun.

İstədiyiniz şeyi dəqiq bildiyiniz zaman bu,  konkret təyin edilmiş xüsusi məqsədə çevrilir. Yalnız “səyahət etmək” deyil, lakin ən azı ildə iki dəfə səyahət etmək və ya növbəti üç ildə ən azı beş ölkəni görmək deyə məqsəd müəyyən edə bilərsiniz.

goals-2691265_1920

Məqsədlər ölçüləbilir olmalıdır: məsələn, manatla, kilo ilə, gün ilə, yaxud vaciblik dərəcəsi ilə. “Mən daha çox pul istəyirəm” və ya “ailəmlə daha çox ünsiyyət qurmaq istəyirəm” kimi məqsədlər ümumi səsləndirilmiş fikirlərdir. Məqsədin müvəffəqiyyətli olması üçün real yanaşma lazımdır: okeana yaxın bir ev almaq deyil, məsələn çaya baxan mənzil alacağam demək daha real səslənir.

Məqsədin adekvat təyin edilməsi, onu əldə etmək sizin üçün çox vacibdir deməkdir. Nail olmaq üçün nəyə ehtiyacınız olduğunu dəqiq başa düşməlisiniz. Məqsədiniz üçün son tarix müəyyən edin. Bir son nöqtə varlığı, hərəkət edəcək olan çərçivəni müəyyən etdiyiniz anlamına gəlir. Bu, problemin həlli üçün səy göstərməyə güc verəcəkdir.

  1. Özünüzə meydan oxuyun (Challenge Yourself)

Bəlkə də sizə indi lazım olan tək şey öyrəndiyiniz ritmdən çıxmaqdır. Niyə? Çünki, həyatın dadını, sadə şeylərin əhəmiyyətini və həqiqətən bacara biləcəyiniz şeyi tapmaq üçün buna ehtiyac vardır. Komfort zonadan çıxmaq və həmişə öyrəncəli olduğunuz “Mən” xarakterini dəyişmək üçün özünüzə imkan yaradın.

Özününüzə “cəhənnəm həftəsi” elan edin, sizin “cəhənnəm həftəsi” katalizator kimi çıxış edəcək və gələcəkdə dəyişiklik üçün təkan verəcəkdir.  Çətinliklərdən keçərək “Yeni Mən” formalaşacaq. Və  artıq siz aydın görə biləcəksiniz sizə həqiqətən nə maraqlıdır, nə yorucudur, nə istəklidir.

push-ups-888024_1920

Və Sizin ən yaxşı versiyanızı formalaşdırmaq üçün  12 daha qısa məsləhət:

 

  • İmkan tapdıqca yatın. Və mütəmadi olaraq kifayət qədər yuxu alın
  • Şirin məhsullardan imtina edin (yaxşı olar ki, 100%, 98% deyil)
  • İş fasilələrində fəaliyyət növünüzü tamailə dəyişdirin. Dincəlmək bir fəaliyyət növünün digərinə dəyişdirilməsidır!
  • Telefonunuzda və kompüterinizdə gələn bütün xəbərdarlıqları söndürün
  • Beyin yaddaşınızda olan bütün işlərinizi bloknota yaxud not dəftərinə ya da kompüterinizdə olan yaddaş kitabçanıza boşaldaraq (və mütəmadi olaraq prosesi təkrarlayın) hər hansı rahat bir sistemə yerləşdirin, daha sonra isə bu “Taskları” hər axşam nəzərinizdən keçirin, və lazımi təyinat üzrə bölüşdürün.
  • Sosial şəbəkələrdə olan aktivliyinizi limitləyin, gərəksiz xəbər başlıqlarını oxumaqdan qaçın
  • Hər gün meditasiya etməyə çalışın.
  • Gündüzlər 20-30 dəqiqə yatmağa çalışın.
  • Kofe yaxud çay istifadəsini minimuma endirin (su ilə əvəz edin)
  • Fərqli aerobik fəaliyyət növlərini cəhd edin və istədiyiniz bir yerdə dayandırın.
  • Mütəmadi olaraq tibbi müayinədən keçin
  • Daimi olaraq yenilənin, özünüzü Bərpa Edin! Iş prosesi sonrasında (yaxud güclü idmanla məşğul olduqdan sonra) (fasilələr – həftə sonları – tətillər) bərpa olunmağı unutmayın.

goal-729571_1920.jpg

Özünüzün ən yaxşı versiyası olmaq sizin vəzifəniz və dahası borcunuzdur. Yalnız öz faydanız üçün deyil, eyni zamanda digərləri və ümumilikdə cəmiyyətin xeyri üçün bu doğru seçimdir. Sizin hal hazırki rolunuz nə olursa olsun; İşsiz, böyük bir şirkətin meneceri, bir qəhvə mağazası baristası, bir mağazada satıcı, bir ana və ya bir katib olmağınızın əhəmiyyəti yoxdur – bilin ki, əgər həyatına və işinə maksimum fokuslanmış bir fərdsinizsə, sizi buna  görə  mükafat gözləyir.

Məqalə mənbə əsasında hazırlanmışdır

Foto

İnstagram : @newmummystuff

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s