Zapekanka tərifi
İçindəkilər:
göbələk (5-6 iri göbələk)
Kortof (4-5 orta boy kortof)
Soğan (1 əd)
Toyuq əti (1-2 file)
Yumurta (1 əd)
Smetan (1 fincan)
Sarimsaq (1-2 diş)
Holland pendiri (50-100gr)
Hazirlanması:
Toyuq ağ ətini ya xırda doğraya bilərsiz ya blenderden keçirmək ya da ət çəkən maşından keçirmək, buraya yağ soğanla qovrulmuş göbələyi əlavə edirsiz, duz istiot zövqə görə.
Kartof nazik doğranır, ayrıca .
Sousu üçün: smetan, duz, istiot, sarimsaq, 1 ədəd yumurta qarışdırılır.
Fırında bişirmək üçün bir orta boy qab götürürük, yağlayırıq, kortofdan əlavə edirik 1 lay, üzərinə toyuqlu göbələkli qarışımı, onun üzərindən sousundan əlavə edirik, və yenidən 1 lay kartof, üzərinə sousunu əlavə edirik,və üzərindən holland pendiri sürtgəcdən keçirilərək əlavə edilir (pendiri bişənə yaxın əlavə etsəz daha yaxşı olar.) Fırında 180dərəcədə bişirilir.
Mən pendirsiz elədim, elə də yaxşı alındı.