Övladınızla emosional yaxınlığa doğru 5 addım

Müasir günümüzdə çalış ki, çalışasan. Təbii ki, çalışmaq gözəldir, işləmək yaxşıdır. Ancaq onu da vurğulamaq lazımdır ki, əgər ailəniz varsa, övlad sahibisiniz isə o zaman ailəyə, körpənizə demək olar ki vaxtınız qalmır. Əgər düşünsək ki, körpənin hər iki valideynə ayrı ayrılıqda çox ehtiyacı var. Çalışmalıyıq ki, bir orta yol tapaq.

pexels-photo-173666

Belə bir ritmdə davam edərkən aşağıda qeyd edilən metodla (daha çox ataları işin içinə cəlb olunması nəzərdə tutulub) diqqət edək:

  • Qrafikinizə bir daha göz gəzdirin –mümkün qədər prioritetlərinizi övladınızın qrafikinə uyğunlaşdırmağa çalışın. Səhərlər işə tələsdiyiniz bir vaxtda çalışın digər işlərinizi körpəniz səhər qalxana qədər bitirəsiniz ki, onunla maksimum vaxt keçirə biləsiniz, tələsmədən. Bu onun üçün çox əhəmiyyətli olacaqdır.

pexels-photo-433502-e1519247545110.jpeg

  • Övladınızın baxımında iştirak edin – çünki körpələr üçün yalnızca verbal yaxınlaşma deyil, eyni zamanda fiziki kontaktlar da əhəmiyyətlidir, etibar bəxş edir.
  • Keyfiyyətli vaxt keçirməyə çalışın – Bəzən uşaqla oyun əsnasında paralel başqa bir işlə məşğul olmağa çalışırıq. Beləki, düşünürük ki, belə daha efektiv vaxt keçiririk. Ancaq bu utopiyadır, sizin 10 dəqiqə belə olsa övladınızla, tam diqqət onda olmaq şərtilə, oynamağınız onun üçün dünyalara dəyər. Aktiv oyunlar oynamağa çalışın evdə yaxud evdən kənarda, bu övladınızın emosional inkişafında öz dəyərli töhfəsini verəcəkdir.

pexels-photo-853408

  • Həddi aşmayın – Əgər övladınızla vaxt keçırmək imkanınız limitlidirsə, vaxtınızı yalnız əyləncəyə həsr etməyin. Əks təqdirdə övladınız elə düşünə bilər ki, anası yalnız disiplinlə və qayda qoymaqla məşğuldur, ata isə müstəqillikdir. Bu doğru yanaşma olmaz. Bunun əvəzində, gündəlik işləri birlikdə görməyə çalışın. Məsələn: maşını yudurmağa birlikdə gedə bilərsiniz. Yaxud marketə səyahət edə bilərsiniz. Belə xatirələr bir ömür boyu yaddaşa həkk olur.

pexels-photo

  • Övladınızın gündəlik həyat macərasından xəbərdar olun – hər bir şeydə olduğu kimi, övladınıza qarşı diqqətli olsanız bu onun üçün çox əhəmiyyətli olacaq. Məsələn ən yaxşı dostunun adını unutmamalısınz, ümumiyyətlə övladınızın gündəlik işlərinin mental kartı ağlınızda olsun. Burada onun dərs proqramı, gedəcəyi yerlər, dostları, maraqları öz əksini tapmalıdır.

 

Mətn – Mənbə 

Foto-   Mənbə  

Hazırladı: R.A.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s