Bağça uşaq üçün faydalı məkandır, bundan əminəm. İndi gəlin baxaq müsbət və mənfi tərəflər nədir, və bu tərəflərin bizə təsiri necə ola bilər.
İlk əvvəl deyim ki, uşaqlar üçün bağça yaşı ümumi qaydalara əsasən – 3 yaş hesab edilir. Ancaq araşdırdım, bir çox qaynaq ümumi olaraq 2 yaşı da məqbul hesab edir.
Bağça ilkin şərtlərə cavab verməlidir, bunu söyləmək artıqdır ancaq yenə də demiş olum.
İşə qayıtdığım üçün bağçanı seçdik, ancaq uşağın xəstəlik məsələsini mən nəzərə almamışdım. Daha doğrusu xəstələnmək ola bilərdi, ancaq hər ay xəstələnməyini düşünməmişdim. Bu səbəblə yenidən analıq məzuniyyətinə qayıtmalı oldum. Və həmin anda anladım ki, bağça yerinə uşaq baxıcısını seçməli idim.
Bağçanı seçməkdə ən əsas səbəblərim:
- Uşaq uşaqlarla oynayacaq, öyrənəcək, əylənəcək
- Uşaq sərbəstliyə öyrənəcək
- Uşaq evə bağlı uşaq deyil, öz fikrini sərbəst ifadə edə biləcək bir fərd kimi yetişəcək
- Uşaq əlavə bir çox bacarıq əldə edəcəkdir
Bəli yuxarıda qeyd etdiklərimin tamamını mən yaşadım elə buna görə də bağça seçməyimə görə peşman ola bilmirəm müəyyən mənada. Təkrar olur amma qeyd edim ki, xəstələnmək faktoruna burada göz yumub keçmişdim.
Əslinə qalanda hər kəsdən eşitdiyim bir söz var idi: uşaq xəstələnə xəstələnə böyüyür, bu yol ilə onda imunitet formalaşır, möhkəmlənir. Mən də ümüdlə inaniram ki, bu belədir. Sadəcə həkimimizə xəstəlik intervallarımızı deyəndə o bildirdi ki, tez-tez xəstələnmək inkişaf edən uşaq orqanizminə ləngidici effekt verir. Bu söz məni çox tərəddüdlərə saldı. Dedim axı, bağçanın bu bu faydaları var, onlar da vacibdir, həkim bildirdi ki, tələsmə öyrənəcək hamısını, heç olmasa 2.5 yaşından gedər bağçaya dedi. Beləliklə, bağça sərgüzəştimiz burada dayanmış oldu.
Bağçaya gedən uşaq niye belə tez tez xəstələnir? Məsələ orasındadır ki, digər qeyri sağlam uşaqları valideynlər evdə saxlamır və bağçaya belə halda aparır bu bir, ikincisi bağça belə tam sağalmamış uşaqları qəbul edir. Digər yandan da önəmli nüans, 0-3 yaş uşaqlar güclü inkişaf prosesi keçirlər, bu səbəbdən onların orqanizmi çox kövrək olur. Və hər hansı virusu çox rahatlıqla tuta bilirlər. Odur ki, valideyn maksimum çalışmalıdır ki, körpəsini qorusun bu periodda. Bu prosesdə ən mənfi hal isə antibiotik tipli dərman qəbuludur. Balaca kövrək orqanizmlər üçün bu ağır yükdür.
Beləliklə, faydalı tərəflərinə qarşı mənfi tərəfi də dərman müalicəsinə ehtiyac duyulma ehtimalıdır.
Bütün bu deyilənləri nəzərə alıb qərar vermək valideynin öhdəliyinə qalmışdır.
Mən səbrsizlik 2.5 yaşı gözləyəcəyəm. Niyə səbrsizliklə, çünki bağça əyləncəlidir, öyrədicidir, faydalıdır. Həm uşaq üçün (özü bunun fərqində olmasa da :P) həm valideyn üçün (uşağın hər gün yeni qabiliyyətlər nümayiş etdirməsi hədsiz sevincdir).
O vaxta qədər təbii ki, evdə oturmaq olmaz, dərnəklərlə davam edəcəyik.
R.A. (@newmummystuff)
Foto: mənbə