Oyunları yaşına görə qruplaşdırmağa çalışdım.
Bizim öz təcrübəmizdən keçirdiklərimizdən yazdım əsasən.
0-3 ay. Burada oyun adına bir söz demək olmayacaq. Bu dövrdə körpənizlə tanışlıq dönəmidir ən çox. Bu dönəmin ən vacib nüansı gecə və gündüzü körpənizə tanıtmağınızdır. 3-cü aydan başlayaraq artıq gülümsəməyə başlayacaq körpəniz.
3-6 ay. Gülümsəməyə başladımı sizə də rahat olur ünsiyyətə keçmək, çünki enerjinizə reaksiya almağa başlayırsınız.Bu dönəmdə məşhur “peekaboo” və yaxud “gizlən və görsən“ oyununu oynamağa başlamaq olar artıq. Əllərinizlə üzünüzü bağlayırsınız və yenidən gülərək açırsınız. Bu bəsit oyunu körpəniz çox sevəcək. Və eynilə o, bir çox yeni hisslər emosiyalar öyrənəcəkdir. Bu dövrdə oyuncaq kitablarla ilk tanışlıq başlaya bilər. Məsələn həmin kitabların parçadan olanları var, qalın vərəqli olanları var. Bu kitablarda rəngli şəkillər böyük həcmdə əks edildiyi üçün, körpənizin marağına səbəb olacaq. Burada kitabı vərəqləməklə qalmayın mütləq obrazlı dialoqlar da qurmağa çalışın.
6-9 ay. Ən maraqlı dövrdür. Çünki maraqlı “mileston”e-lar (dönüm nöqtəsi) var bu dönəmdə. Körpəniz artıq otura bilir, və ən maraqlısı əlavə qidaya keçir (ən həyəcan verici milestone). Yadımdadır, körpəliyində də indiki kimi babylamanxanim mənə bağlı idi tək qalmırdı yanında durmalıydım. Bəzən monotonluq yorurdu, o həmin yorğun düşdüyüm anlarda yüksək səslə musiqi qoyurdum, Ləman divanın düz ortasında oturdurdum və başlayırdım oynamağa, bu Ləman üçün “attraction” olurdu mənim üçün də “motivation” . Amma xoşu gəlirdi sakit dururdu ağlamazdı, bəzən elə onunla birgə oyanyırdım, bu həmdə kalori yandırmaq demək idi. Bəli digər aktivitələr: getdikcə maraqlı olmağa başlayan kitab oxuma vaxtı idi. O dönəmdə artıq 4-5 belə kitabımız var idi. Göstərirdim, vərəqləyirdim, danışırdım, şəkillərini də o sevirdi . Bu dönəmlərdə kitablar haqda paylaşımlarım olmuşdu, baxmaq istəyənlər üçün : #lamanslibrary
9-12 ay. Hər zaman düşündüm ki, körpəniz böyüdükcə bu proses daha da maraqlı olmağa başlayır, ya da özümu buna inandırırdım, hər bir halda sevinirdim yeni əldə edilmiş bacarıqlara. Bu dönəmdə artıq yaşıl işıq yanır və siz körpənizlə ilk sosyal aktivitənizi edə bilirsiz (ailə yığıncaqlarını nəzərə almasaq). Biz ilk olaraq 10 ayımız olarkən qoşulduq dərnəklərə, montessori üsulu tədris ilə tanış olduq. Bunu təbii ki siz ev şəraitində edə bilərsiniz, ancaq bir nüans cəmiyyətə çıxmaq sosyallaşmaq hər zaman üçün yaxşı fikirdir. İmkanınız vaxtınız olduqca uşaqlı ailə dostlarınızla tez tez bir araya gəlin. Bu çox faydalıdır körpələr üçün. Artıq körpəniz sizlə bərabər bir çox oyunu oynaya bilir, odur ki, gündəlik aktivitə planı qurun və tətbiq edin.
12+ ay. Ən və ən maraqlı dönəm. Artıq o bizdən biri sayılır. Sizi təbrik edirəm əgər bu dönəmdəsinizsə artıq, deməli bütün çətinlikləri aşa aşa gəlmisiniz, və siz bir fərd böyütmüsünüz. Bu dönəmdə edilə biləcək aktivitlər: ağlınıza maraqlı nə gəlirsə hər bir şey
- Kitablar (mütləq qaydada)- Kitablar heyvanlar haqda ola bilər, əlifba ola bilər, şəkilli hekayə kitabları ola bilər
- Çoxlu irili (ölkə xarici) xırdalı (yaşadığınız ətrafda) səyahətlər, maksimum çox
- Dərnəklər
- Ev şəraitində mini oyunlar: əl sallamaq, əl çalmaq, əl ilə göstərmək
- Əl çalmaq: əllərini öz əllərinizlə tutub birbrinə vurursunuz
- Rəngli və müxtəlif formalı oyuncaqlar diqqətini çəkəcəkdir, onlarla oynaya bilərsiniz. Bu dönəmdə WALKER ən maraqlı dəstəkləyicidir (yeriməyinə kömək edəcək).
- Plastilin (yaxud kosmik pesok) ilə yalnız nəzarətlə oynamaq
Günlük proqramınızı yuxarıda sadalanan aktivitələr ilə zənginləşdirin. Bu proqramınızda yemək, yatmaq, havada gəzməkdə varsa, siz bir super anasınız.
Bəzi aktivitələr sadə görünsə də ardıcıllıqla edilərsə nəticəsini əlbət özünüz görəcəksiniz.
p.s. Aşağıda rəy birdirməklə bu aktivitə siyahısına siz də öz əlavənizi edin, zənginləşək .
photo: @newmummystuff
R.A.