Uşaqlarda emosional zəkanın inkişafı üçün 6 təlim üsulu

smilies-funny-emoticon-faces-160760Duyğularınızı düzgün tanımaq və idarə etmək qabiliyyəti həm peşəkar uğurun, həm də xoşbəxt bir həyatın sığortasıdır. Buna görə də, emosional zəkanın inkişaf etdirilməsi vacibdir və bu prosesə erkən yaşdan başlamaq lazımdır.

EQ  (emosional zəka) – müsbət düşüncənin əsasını, uğurlu həyatın və şəxsi xoşbəxtliyin isə təməlini təşkil edir. Buna görə də onu inkişaf etdirmək çox vacibdir. Duyğuları anlama, başqalarının duyğularını, niyyətlərini və motivasyonlarını tanımaq qabiliyyəti bizim üçün daha çox imkanlar açır, çətin vəziyyətə düşdüyümüz zaman ayağa qalxmağa bizə kömək edir.

Yalnız gördüyünüz şeyi idarə edə bilərsiniz. İnkişaf etdirilmiş EQ yalnız öz narahatlılıqlarını deyil, başqalarının da hisslərini  idarə etmək imkanı verir.

Uşaqlar duyğu prizmasından dünyaya baxırlar. Zəif inkişaf etmiş EQ olan bir uşaq üçün uğursuzluq fərdi faciə olur və özündən əminszliyin səbəbinə çevrilir. Emosional cəhətdən sabit olan uşaq isə özündə bu kimi xüsusiyyətləri əks etdirir:  dostluq və məsuliyyət, özünə güvən, sakitlik, məqsədəuyğunluq və nəticələrə yoğunlaşma. Nəticədə isə o, müvəffəqiyyətli bir diplomat ya da iş adamı, həyat yoldaşını sevən bir fərd və eyni zamanda xoşbəxt bir valideyn ola bilər.

.

pexels-photo-207653

Uşaqlarda EQ inkişafı üçün texnikalar:

Sitat: Uşaqlarımıza nə öyrətdiyimiz, nümunə göstərdiyimiz kimi çox vacib deyildir. Və ən mühüm nümunə – xoşbəxt olmaq bacarığıdır.

1. Emosiyalar qutusu – Təsəvvürünüzdə xoşbəxtlik qutusunu yaratmaq faydalıdır. Xoşbəxtliklə assosasiya olan xüsusları oraya əlavə edin: görmə, qulaq, dad, qoxu və toxunuşla əlaqələndirdiyiniz hər şeyi qatqat əlavə edin. Daha sonra uşağınızla birlikdə eyni qutudan yaradın və onunla duyğularını ətraflı müzakirə edin. Məsələn:

Görmə: uşağın xoşbəxt təbəssümü.

Eşitmə: dəniz dalğasının səsi.

Dadı: şirin çiyələk.

Qoxu: yağışdan sonra meşənin qoxusu.

Toxunuş: Sevilən birinin qucaqlaması.

2. Emosiyaların dili – Bu yalnız öz hisslərinizi anlamağa deyil, həm də başqalarının sizi daha yaxşı başa düşməsinə kömək edəcəkdir. Bir əməkdaş, həmkar və xüsusilə bir uşaqla bu tərz ünsiyyət ailədə və iş yerində qarşılıqlı anlaşmanın əsasını təşkil edəcəkdir.

Bu tərz dialoq üçün bir formula işlənib :

“Mən hiss edirəm … çünki…və mən istərdim ki …”.

Bu formula uşaqla ünsiyyət nümunəsi kimi belə səslənə bilər:

“Mən üzüldüm. Çünki, sən boyalı suyü dağıtdın. Daha diqqətli olmanı istərdim. İndi gəl bir yerdə yığışdıraq. ”

3. Bugün nə hiss edirəm – Oyunun mahiyyəti ondan ibarətdir ki, hər axşam uşağın özü bu günü ifadə edən duyğularını seçir. Məsələn:

“Bu gün mən sevinc hiss etdim  (kədər, maraq, hirs …) nə zaman ki…”.

Bunun üçün, uşağın sevdiyi personajın bütün duyğularını çap etdirin və o özü həmin günün emosiyalarını seçsin. Bu oyun emosiyalarının fərqində olmağı və öz duyğularını qəbul etməyi öyrədəcəkdir.

4. Emosional fotoalbom- səyahət. Turistik yerlərdə abidələrlə şəkil çəkdirmək maraqlı xatirə ola bilər, ancaq bu xatirəni daha da maraqlı etmək üçün biraz daha kreativ olmağa çalışın. Necə? Daha emosional şəkillər çəkməklə. Duygusal fotolar çəkməyə çalışın: “Ah! Bu palma böyük bir kaktus kimidir – onu sınamaq lazımdır “, “Qüllə aşmır?!”, “Bööööcək!”. İnanın ki, bu tərz şəkillər bütün ailə tərəfindən böyük maraqla baxılır. Onlarla səyahət haqqında yeni hekayələr də danışa bilərsiniz. Bir neçə fotoşəkil kağıza çıxartdırın, qarışdırın və səfərinizin yeni bir tarixini yaradın..

5. Boyalarda emosiya – Öz emosiya qalereyanızı düzəldə bilərsiniz. Bu qalereyada hər bir boyanmış şəkil hər hansı bir emosiyanı ifadə edir. Bu şəkillərdə məhz hansı boyalar olacağını isə uşaq özü müəyyən edir. Hər bir şəkil uşağın seçdiyi kompozisiya ilə ifadə olunan bir emosiyadır. Bu zaman eyni anda həm boyamaq və həm də hansı emosiyanın (xoşbəxtlik, kədər, qəzəbin necə olduğunu) hansı rənglə ifadə etməsini müzakirə etmək maraqlıdır.

pexels-photo-207983

6. Emosiyaların kompası –  Bu unikal oyun uşağı emosiyalar ilə tanış edir, bu və ya digər vəziyyətdə bir insanın hansı hissləri yaşayacağını göstərir. Oyunun mahiyyəti: hər kəs 8 kart əldə edir: sevinc, qorxu, maraq, ilham, şübhə, təəcüb, etibar, qəzəb (Qeyd: Siyahı əlavə edilə bilər.)

 

Oyunçu, söz-konsept-vəziyyət düşünür və bunun üçün uyğun bir emosiya seçərək, kartı qapalı bir dairəyə qoyur. Oyunçuların qalan hissəsi təxmin etməlidirlər: oyunçunun hansı yaşadığı situasiya hansı emosiyaya səbəb olmuşdur.

 

Məsələn, bir ana “1 sentyabr” konsepsiyası üçün “sevinc” kartını, qızı isə “qorxu” seçə bilər. Uşaqlar duyğularını danışmaqda çətinlik çəkirlər. Oyun zamanı bu onlarda ortaya çıxır.

 

Və kitab oxumaq və yaxşı musiqi dinləməyi unutmayın. Bunlar, özünüzü, ətrafdakıları və dünyanı tanımaq  üçün köhnəlməyən qaynaqlardır.

Mənbə

Photo

Hazırladı: R.A. (@newmummystuff)

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s