Özünə inamlı bir uşaq yetişdirmək istəyənlər üçün 17 məsləhət

on

Özgüvən bir valideynin övladına verə biləcəyi ən böyük hədiyyədir.

Psixoloq və 15 valideynlik kitabının müəllifi olan Karl Pikardt (Carl Pickhardt), qeyd edir ki, özgüvəni olmayan yaxud zəif olan bir uşaq, yeni və ya çətin başa gələn işləri sınamaqdan çəkinəcəkdir, səbəb isə “birdən alınmaz” və “mənə olan etibarı doğrulda bilməsəm nə olacaq” qorxusudur.

Bu hiss, onları həyatda daha geri durmağa vadar edə bilər və məsələn, müvəffəqiyyətli bir karyeranı yaşamağa mane ola bilər.

“Özgüvənin düşmənləri qorxu və dəstək görməməkdir ”, o vurğulayır. Beləliklə, valideyn olaraq, sizin vəzifəniz  çətin tapşırıqları həll etməyə çalışarkən övladınıza dəstək olmaq və təşviq etməkdir .

Daha ətraflı aşağıda 17 məsləhət ilə tanış olaq:

  • Övladınızın hər hansı, fərq etməz hansı, ya uğurlu ya uğursuz, hər hansı bir cəhdini qiymətləndirin.

İnsan böyüdüyü periodda, proses son nöqtədən daha vacib hala gəlir. Beləliklə, uşağınızın komanda üçün qələbə qazandıran, yaxud təsadüfən onu sərhədlərindən kənara çıxaran addımı olub-olmamasından, asılı olmayaraq, övladınızın hər bir səyini alqışlayın, deyə Pickhardt deyir. Onlar heç vaxt çalışmaqdan, səy göstərməkdən utanmamalıdırlar. Daha uzun periodda baxarsaq, ardıcıl olaraq çalışaraq səy göstərmək, aralıqlı olaraq uğur qazanmaqdan daha çox özgüvən və özünəinam hiss bəxş edir.

pexels-photo-346796

  • Hər hansı qabiliyyətin varlığını gücləndirmək üçün təcrübəyə həvəsləndirin.

Övladınızın maraq dairəsində olan hər hansı bir işlə məşğul olmasına həvəsləndirin, ancaq təzyiq etmədən bunu edin. Bir fortepiano dahisi olan Harmony Shu, Ellen DeGeneres’e yalnız 3 yaşındaykən təcrübəyə başladığını söylədi. “Təcrübə inkişafa aparan yolda inanaraq çalışmaqdır”- deyə Pickardt açıqlayır.

  • Öz problemlərini özlərinin həll etməsinə icazə verin.

Övladınızın düşdüyü çətin vəziyyətdən onu siz çıxarmış olsanız, siz ona kömək etmiş kimi görünə bilərsiniz amma əslində siz övladınızın bütün gələcək bacarıqlarının üzərindən xətt çəkmiş olursunuz. Çünki, bu yolla siz onlarn zəif olduğu mesajını verirsiniz, və çalışaraq öyrənmələrinin qarşısını alırsınız. Dolayısıyla onlar öz güclərinə inanmayacaqlar, nəticə olaraq.  Bu nöqtədə valideyn müdaxiləsi uşağın özü- özünə kömək qabiliyyətinin inkişafının qarşısını alacaq, sərbəst öz işini həll etmək bacarığı axsayacaq. Başqa sözlə, çətinlikləri dəf etmə və öz işlərinin məsuliyyətini anlama prosesində, icazə verin pis qiymətlər olsa özünün əldə etdiyi nəticə olsun (Birbaşa A yox C, B sonra A alsalar belə). Onlar həqiqətən də bu yolla problemləri həll etmək və işi necə aparmağı öyrənirlər.

pexels-photo-756080

  • Buraxın öz yaşlarını doya doya yaşasınlar

Övladınızdan yetişkin bir fərd kimi davranmağı gözləməyin. Əgər uşağınız görsə ki, yalnız öz valideynləri kimi bacarıqlı olsa rəğbət qazana bilər, bu qeyr-real yanaşma onu həvəsdən salacaq və bütün gələcək uğurlarının qarşısını birnöv alacaq. İrəli yaşa məxsus gözləntilərinin olması onun özgüvənini azalda bilər.

  • Ətrafa daha maraqla yanaşmasını həvəsləndirin.

Bəzən uşaqların sayısız hesabsız “Niyə”, “Bu nədir” kimi sualları yorucu ola bilər, ancaq düşünün onlar ətraf mühütü bu yolla kəşf edirlər, odur ki, onları daha da həvəsləndirin. Paul Harris Harvard Universitenin müəllimi Guardian`a verdiyi müsahibəsində bildirmişdir ki, o bitməyən sualların əslində uşaqların əqli inkişafnda rolu böyükdür. Beləki, onlar bu yolla anlayırlar ki, onların bilmədiyi hələ çox şey var, və öyrənmək onlara cəlbedici gəlir. Məktəbə başladıqları dönəmdə, çox sual verən uşaq öz sinif yoldaşları ilə müqayisədə daha qabaqcıl düşüncəli olur. Çünki, vaxtilə valideynlərindən dolğun məlumat almışdır. Müəllimlərinin də verdiyi məlumat daha da mükəmməllik bəxş edir, və beləliklə uşaqlar necə daha sürətli və daha keyfiyyətli öyrənə biləcəklərini bilirlər.

  • Övladınızı yeni çətinliklərə çağırın (challenge).

Kiçik məqsədlərin böyük uğurlara yol açdığını göstərin. Məsələn, öyrənmədən birbaşa velosiped sürməyə oturmaq kimi məsələn başlamaq olar. Özgüvənin uşağınızda tərbiyə edilməsi,  məsuliyyətli işlərin icrasına sövq etməklə başlaya bilər.

pexels-photo-1010557

  • Qısa yollardan yaxud istisna hallar tətbiq etmkdən uzaq durun.

Uşağa xüsusi yanaşma, onun özünəinam hissinin inkişafına kömək etməz. Əksinə təsir buraxar. Övladınıza bəzi hüquqların verilməsi demək özünəinamlı fərd olması demək deyildir.

  • Övladınızın performansını heç zaman tənqid etməyin.

Heç bir şey tənqid qədər etibarsızlıq yaratmaz. Övladınızın hər hansı səyini tənqid edərək mənfi sözlər deyirsinizsə bilin ki, onun özünü qiymətləndirməsinə maneə olursuz və hətta motivasiyasını da aşağı salırsınız. Qiymətləndirmə zamanı faydalı rəy və təklif vermək məqbuldur, ancaq işlərini birbaşa pisləsəniz, müsbət nəticə gözləməyin.

pexels-photo-1027931.jpeg

  • Səhvləri bir evin özülü kimi qəbul edin.

Səhvlərdən öyrənmək əminlik hissini  gücləndirir. Ancaq bu bir şərtlə mümkündür, siz valideyn kimi körpənizə sübut edəsiniz ki, insan səhvlərindən öyrənərək daha güclu lur. Körpənizə qarşı həddən artıq qoruyucu olmayın, icazə verin ətrafı “dağıtsın”, yalnız bu şərtlə o öyrənəcək və gələn dəfə necə daha efektiv edə bilər deyə düşünəcək. Körpənin “ah-vah” anlarını qorxuya qalib gəlməyi öyrənməkdə bir alət kimi istifadə edə bilərsiniz.

  • Yeni təcrübələrə qapı açın.

Valideyn olaraq körpəmizə yeni qapılar açmaq bizim vəzifəmizdir. Yeni bir şeylər gördükcə onların dünya görüşü genişlənir və daha müdrik davrana bilirlər. Bu yolla onlar daha böyük bir dünya ilə görüşməyə hazır böyüyürlər. Yeni bir şeylərlə üzbəüz qalanda uşaqlar təbii ki, çəkingənlik göstərəcək, ancaq zamanla onlar bütün çətinlikləri dəf edə biləcəklərini öyrənəcəklər.

pexels-photo-1028010.jpeg

  • Bacarıqlarınızı övladınıza öyrədin.

Hər bir valideyn öz körpəsi üçün qəhrəman obrazını ifadə edir. Onlar üçün sizin hərəkətləriniz, sözləriniz, emosiyalarınız, varlığınız bütünlüklə ən ideal obrazdır. Yeniyetməlik dövrünə qədər bu yanaşma olacaqdır. Bu imkandan isifadə edərək övladınıza ən güclü tərəflərinizi ötürməyi bacarın: necə davranmaq, necə düşünmək, necə danışmaq və s. Sizin əldə etdiyiniz uğurlarınız onun da eyni uğurları yaşaya biləcəyinə həvəsləndirəcək.

  • Uşaqlarınız barəsində olan narahatlıqlarınızı onlara hiss elətdirməyin.

Sizin narahatlığınız uşaqda özünə qarşı inamı sarsıda bilər. Odur ki, hər bir halda, uşağınız üçün olan həyəcanınızı narahat olmağınızı ona bildirməyin, tam olaraq rahat əmin duruşunuz övladınızın  özünə olan etibarını yüksəldəcəkdir.

  • Çətinliklə üzləşdikləri zaman övladınızı tərifləyin.

Yaşadığımız dünya ədalətli deyil, bunu bilirik. Övladlarımız da bunu necəsə bir nöqtədə öyrənməli olacaqlar. Hər hansı çətinlik yaşanarsa, övladınıza məsələnin digər yanını göstərməyə çalışın, ona kömək edin anlasın ki, bu çətinliklər əslində onun daha güclü bir fərd kimi yetişməsinə zəmin yaradır. Unutmamaq lazımdır ki, uğura gedən yol, bəzən baryerlərdən bəzən çətinliklərdən bəzən isə sevinclərdən ibarətdir.

pexels-photo-208106.jpeg

  • Öz kömək və dəstəyinizi təklif edin, lakin həddində.

Həddindən artıq dəstək sərgiləmək övladınızın özü öz işlərini görməsində axsaqlıqlara səbəb olar. İlkin mərhələlərdə həyata atılarkən, dəstək önəmlidir. Dəstək olmaq daha güclü emosional fərd kimi böyüməyinə kömək olacaqdır.

  • Yeni bir şeylər sınaqdan keçırmək istədiklərində cəsarətlərini alqışlayın.

Əgər qızınız yaxud oğlunuz yeni bir şey sınaqdan keçirməyə hazırlaşırsa mütləq dayaq olun, “Sən bunu mütləq bacararsan” kimi  sadə amma güclü ifadələr işlədin. Onların yeni başladıqları iş fərqi yoxdur nə olursa olsun, sınaqdan keçirmək öyrənmək yeni üfüqlər açılması deməkdir. Yeni işə başlayan zaman dəstək vazkeçilməz bir alətdir.

  • Öyrənməyin həyəcanını yaşayıb hiss edin.

Adətən uşaqlar valideynlərinin reaksiyasına baxırlar, valideynləri hadisələrə necə reaksiya verirsə onlar da təxmini eləcə formalaşırlar. Odur ki, əgər siz necə üzmək, necə yeni dil öyrənmək, necə daha sağlam qidalanmaq, necə idman etmək kimi movzularda insiyativ və həyəcan sərgiləsəniz övladlarınız avtomatik bu istiqamətdə güclənəcək. Öyrənmək çətin prosesdir ancaq, bir o qədər də uğurgətirici alətdir. Bir şeyi öyrəndikdə həmin sahə üzrə məlumatlı olmaq deməkdir, bu isə özgücünə inamı artıran nüansdır. Və vadar edir ki, yenə də öyrənməyə davam edəsən, çünki uğur uğur gətirər.

  • Övladınız üçün avtoritetli (sözükeçən) olun ancaq qəddar yaxud çox ciddi deyil

Çox ciddi yaxud əmiranə bir valideyn olsanız övladınız sərbəst düşüncə və davranış bacarıqlarını təəsüf ki itirəcəkdir. Odur ki, incə xətti keçməmək şərti ilə, sözükeçən olmağı öyrənməyiniz şərtdir.

pexels-photo-206010.jpeg

Qaynaq

Foto & R.A.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s