“itsokmomma.wordpress.com” blogu üçün hazırladığım yazını buradan oxuya bilərsiniz.
Körpə ilə səyahət
Bu yazımda uşaqlarla səyahət mövzusunu ələ aldım, ümüdvaram səyahətə çıxmaq istəyən analara faydalı olacaqdır.
Əvvəla onu deyim ki, səyahət (yaxına –uzağa, qısa- uzun fərq etməz) hardan baxırsınızsa baxın körpənin inkişafına müsbət təsir edən bir olgudur. Bu inkişafın körpənizdə özünü biruzə verməsi həm aktivlik , həm ətraf aləmə maraq və həm də daha sosial olması kimi xarakterizə olunacaqdır.
“Körpə ilə səyahət etmək istirahət demək deyil” deyənlər vardır, təbii ki, bu hər kəsin müstəqil fikridir və hörmətlə qəbul edirəm. Ancaq onu deyim ki, mən heç cürə körpəmi qoyub uzağa getməyi qəbul edə bilmədim, düşündüm ki, bu mənə nə istirahət nə də ki, səyahət keyfi olacaq. O faktı da nəzərə alaraq ki, körpə ilə səyahət həqiqətən çox yorucu ola bilər ana üçün, xüsusilə ana üçün.
Bir də körpəsi olan analar “ev ortamında daha rahatdır qayğısını çəkmək” deyib, səyahət etməyi seçməzlər, bu halda isə onu düşünmək kafidir ki, səyahət əsnasında körpənizə…
View original post 448 more words