İşlədiyim dönəmdə müyyən məfhumlar dəbə düşməyə başladı. İndi baxıram yalnız işlə əlaqəli olaraq istifadə edilmir bu məfhumlar. Həyatın digər sahələrinə də təzahür etməyə başlayıb. İşdə olduğum ən son dönəm keçən il bu vaxtlar idi, hamı bir nəfər kimi bir sözü təkrar edirdi. Deyirdim nə deməkdir axı bu söz belə. Söz : KANBAN adlanırdı.
Keçən gün nəhayət bu “Kanban” metodunun əsli haradan gəlir öyrəndim. Hərçənd artıq işdən uzaqdayam amma düşünürəm ki, mən bu metodu öz planlama işlərimdə istifadə edəcəyəm.
Metodun əsli nədən ibarətdir:
Kanban metodu yaponlardan gəlirmiş və həm də antik bir metod imiş. Bu metodu bir mühəndis işin efektivliyini təmin etmək üçün yaratmış. Tərcüməsi yazı taxtası kimi tərcümə edilir. Metod, işlərininizi göz önündə tutmaq məqsədilə, onları görsəl olaraq taxtanın üstündə yazmaqdan ibarətdir. Bu sizin organizeriniz də ola bilər. Yaxud elekton formada istəsəniz, Trello adlı tətbiqdən istifadə etmək mümkündür. Kanban taxtasinin forması sadə olaraq 3 bölmədən ibarətdir:
- Etməli olduğum tapşırıqlar (burada gün ərzində yaranan edilməli olan işlərinizi yazırsınız, post-it kağızlardan da istifadə etmək rahat ola bilər, əgər geniş taxtanız varsa)
- Hal hazırda etdiyim tapşırıqlar (buradaki tapşırıq sayı özünüz tərəfindən limitlənə bilər, məsələn siz bilirsiz ki, sizin hazırki kapasiteniz sizə yalnız bir tapşırığın icrasını imkan verir)
- Tamamlanmış tapşırıqlar (burada artıq tərəfinizdənn icrası tamamlanan işlər əks edilir)
Burada incə moment “tamamlanmış tapşırıqlar” bölməsidir. Deyə bilərsiz ki, bəs bu bölməyə nə ehtiyac var,etdim qurtardı məsələ. Ancaq burada əsas olan psixoloji nüansdır. Çünki siz tamamlanmış işlərinizi görərkən motive olacaqsız, və vaxtınızın enerjinizin nəyə sərf etdiyinizi görəcəksiz. Və özünüzdə tamlıq hissini duyacaqsınız.
Deyim ki, bu metod iş həyatında daha çox biznes proseslərin idarə edilməsində, proqram yazılımları ilə işləyən komandalar tərəfindən geniş istifadə edilir. Ev təsərrüfatında, uşaqların sistemli işləmə bacarıqlarının inkişaf edilməsində də istifadə etmək olar və hətta lazımdır.