Maria Montessori və onun “Montessori” təlimi

Maria Montessorinin maraqlı həyatı və fəaliyyət sahəsi vardır. Bugün dünyanın bir çox yerində Montessori təhsilinə üz tuturlar, hərkəs ondan bəhs edər oldu. İstər istəməz sual edirsən o nə edib ki, belə tarixdə yer alıb. Həyatını, etdiklərini, qənaətlərini oxuduqca xanım Montessoriyə haqq verir insan.

Aşağıda onun sözlərindən bir qismini paylaşıram. Onun yanaşması ilə daha doğru istiqamətdə uşaqlar yetişdirə biləcəyimizə inanıram.

“Xoşbəxtlik üçün onlara çox az şey lazımdır: gödəkçəsini asılqandan özü asa bilsin, hansı ki, onun boyuna uyğun düzəldilib; sakitcə və səliqəylə stulunu yerinə qoysun hansı ki, stulun ölçüləri onun yaşı ilə düz mütənasibdir. Çıxış yolu əslində çox bəsitdir, sadəcə uşaq üçün əlverişli şərait düzəldin, və icazə verin orada yaşasın. Amma və lakin uşaqlarla necə davranırıq?-  çox vaxt uşaqları onların məşğuliyyətlərindən birbaşa ayıra bilirik, sadəcə belə istəyirik yaxud belə lazımdır deyə, quldarlıq dövründə qullara davranan kimi. Bir uşağa böyüklər ilə bərabər şəkildə hörmət göstərmək – bu fikir bir çoxumuz üçün gülünc görünür. Ancaq bəzən uşaqlara necə şiddətli bir şəkildə qışqıra bilirik: “Sözümü kəsmə! Mənə mane olma! “.  Bizim qidamız – sadəcə yediyimiz şorba deyil, sağlamlığımız da sadəcə etdiyimiz yürüşlərdən asılı deyil, eyni zamanda etdiyimiz hər şeydə azadlıq payımızın olmasıdır “.

 

10MP_DIVYA_MONTESSO_159711g

Yaponiya təhsil metodundan bəhs edərkən deyilir ki, oradakı məktəblərdə təmizlik işləri məktəb şagirdlərinin özləri tərəfindən edilir (əl yumaq məkanları, siniflər, yeməkxana işləri və s.).

Montessori təliminə baxanda eyni ya da bənzər yanaşma olduğunu görürəm. Sadəcə burada məktəbə qədər yaşında uşaqlar üçün artıq bu kimi işlər nəzərdə tutulut, təbii ki, onların yaşına uyğun və oyun şəklində. Məsələn, Montessori bağçalardakı oyuncaqlar, heç də bizim bildiyimiz uşaqsayağı oyuncaqlardan ibarət deyildi (gəlin razılaşaq ki, uşaqların əksəriyyəti heç o oyuncaqlarla oynamır, qaçır onlara aid olmayan əşyaların üstünə), bu tip bağçalarda, yeri süpürmək, silmək, qab-qacağın yuyulması, tikiş işləri görülürdü. Montessori qeyd edirdi ki, bucür oyunsayağı işlər uşaqları daha sərbəst və özünə inamlı böyüməyə kömək edəcək. Müxtəlif formada və tərkibdə olan əşyalar isə uşaqların motorikasının inkişafına kömək edəcəkdir.Bu da düşünmə qabiliyyətinə və nitqinə müsbət təsir edəcəkdir.

Montessori təlimində hərflərin öyrədilməsi metodikası da fərqlənir. Burada hərflər yazaraq (daha doğrusu şəkil çəkərək) öyrənilirdi. Hərflər forma olaraq kəsilirdi uşaqlar tərəfindən, sonra onlar toxunaraq öyrənirdilər. və getdikcə artıq hərflərdən sözlər belədüzəldə bilirdilər. Artıq 5 yaşları olduqlarında əlifbanı öyrənə bilirdilər.

Ziqmund Freyd (məhşur psixoanalitik,psixoloq) bir zamanlar belə söz deyib: “Hardakı Montessori olub, orada artıq mənə heç bir ehtiyac yoxdur”

241986_1024_maria_montessori_egy_elet_a_gyermekekert_34

Bəzən başqalarının olduğu vəziyyəti bilmədən çox rahatlıqla onları qınaya bilirik. İnsanlar özlərinin deyil başqalarının qüsurlarını işıqlandırıb danışmağı çox sevir. Qəribə olsa da bu reallıqdır.

 

Bəs siz bilirdinizmı o qınaqlara tabe tutulanlardan biri də xanım Montessori olmuşdur.

Xanım Montessori ailə həyatı qurmamış və bütün həyatını öz təliminin inkişafına və tədris məkanlarında uşaqların inkişafı üçün lazımi formatın əldə edilməsinə həsr etmişdir. Bununla yanaşı isə onun bir oğlan övladı böyüyürdü. Xanım Montessori oğlunu yetkinlik yaşına gələnə qədər başqa bir ailədə böyüməsini istəyir. Yalnız o dövrdə oğluyla birlikdə yaşamağa başlayır.

montessori

Bir çoxları o dövrdə bu səbəbdən xanım Montessorini çox qınayır, “hər kəsə uşaq böyütməkdə “ağıl” verən Montessori heç öz övladının əziyyyətini çəkməyib”, “o nə bilir ki uşaq yetişdirmək nədir” deyənlər az olmur.

Ancaq xüsusilə qeyd edilməli bir məqam da var ki, onun yeganə oğlu anasından hər zaman böyük sevgi ilə bəhs edib, və anasının etdiklərinə görə fəxr etdiyini vurğulayıb. O qeyd edir ki, onun anası ilə çox gözəl münasibəti var idi.O anasının ən etibarlı dostu və köməkçisi olmuşdur. Xanım Montessori artıq çox yaşlanandan sonra, oğlu onun işlərini sahiblənir, idarə edir, leksiyaları oxumağa davam edir. O hər zaman vurğulayıb ki, Maria Montessorinin insanlıq üçün etdiyi çalışmaları dəyərsiz sayılacaq qədər qiymətsizdir.

Mario_And_Maria_Montessori_001

Bugün Montessori təlimi bütün dünyada yayqın olaraq istifadə edilir, bir çox uşaq bu təlim sayəsində sərbəstliyə, özünə inamlı olmağa, və başqa digər yardımcı bacarıqların inkişafına yiyələnirlər. 1929-cu ildə xanım Montessori tərəfindən yaradılan Beynəlxalq Montessori Assosiasiyası bu günə qədər fəaliyyətini davam etdirir.

bagca3

Xanım Montessoridən bəhs edən film də var : Maria Montessori: una vita per i bambini

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s