Özünün ən yaxşı versiyası olmaq (Better version of yourself)

 Son dönəmlərdə oxuduğum və  qəribə də olmasa paylaşdığım yazılar çoxunluqla ÖZ-ə dönür. Özüm, Özünün, Özünlə və s. Çünki bugün psixoloji araşdırmalar və eyni zamanda bəsitcə ətrafda baş verən emosional olaraq əhvalı aşağı insanların çoxluğu buna səbəbdir. Yəni bugün ən böyük problemlərin başlanğıcı onda, bunda, o birində deyil, məhz bizim özümüzdədir. Hər şey bizlə başlayır. Bəli bəzən hadisələr bizim idarəmizdən çıxır, əliqolu bağlı baxa qalırıq. Amma bu halda da çıxış yolu çətin olsa da var. Nədir? Baş verənləri olduğu kimi qəbul etmək, barışmaq, və möhkəm dayandıqdan sonra yavaş yavaş güclənərək o prosesdən çıxmaq. Bu dediyim məsələyə bir çox nümunələr var əslində həyatda, sadəcə daha duyarlı olsanız anlayacaqsınız, görəcəksiniz.

Mövzuya giriş uzaqdan oldu, əslində isə danışmaq istədiyim, “özümün ən yaxşı versiyası” üzərində işləməkdir. Bunun üçün nə etməliyik, ondan bəhs edəcəyəm:

  1. Lazımsız əşyalardan (evdə, işdə, maşında), lazımsız söhbətlərdən, lazımsız telefon xeberdarlıqlarından qurtulmaq, yaxud təmizlənmək

2. Hər gün yeni bir şey öyrənmək, yaxud təcrübədən keçirmək, yaşamaq- hər hansı bir şey

3. Hadisələrə baxış tərzinizi dəyişin, özünüzü rahat hiss edə biləcəyiniz bir formatda (Məsələn əgər övladınız kaprizlənməyə durmadan davam edirsə və bu sizin əsəblərinizi alt üst etməyə başlamışsa, bu vəziyyətə fərqli nəzərdən baxmağı seçin, məsələn sizin övladınız sağlamdır, və sadəcə onun varlığına sevinin, və unutmayın o sadəcə uşaqlığını yaşayır, anidən əsəblərinizin yerinə oturduğunu hiss edəcəksiniz)

4. Yeni insanları tanimaqdan çəkinməyin, və hətta bunun baş verməsi üçün özünüzü cəmiyyətə qatın, hər hansı bir fəaliyyət buna səbəb ola bilə Və çalışın tanış olduğunuz insanlara öyrənən gözlə baxın, hər bir insanın sizə öyrətdiyi bir nüans vardır.

5. Özünüzü aldatmaqdan vaz keçin, hər yaşanan gün nə ilə yadda qaldı, sizə nə verdi, siz nə əldə etdiniz, siz nə qədər irəli getdiniz, bu suallara doğru cavab verin, bəyənmədiyiniz nüanslar olacaqsa onların üzərində işləyərək özünüzün ideal versiyasını hazır edin

6. Işlərinizi, gününüzü, evinizi orqanizə etməyi öyrə Bir sisteminiz olsun, dağınıqlıqdan, postpone etməkdən özünüzü xilas edin.

7. Büdcə sadəcə maliyyə direktorlarının işi deyil dostlar. Öz büdcənizi idarə etməyi öyrənin, xərclərinizi və gəlirlərinizi sistemləşdirin, nəzarət edin. Lazımsız xərcləri görüb də ixtisar edin. Maliyyə azadlığınızı özünüz düşünün, bunu başqalarından gözləməkdən vaz keçin.

8. Harmoniyada olmaq. Dartınmaq. Yoqa. Yoqa son dönəmlərin ən çox işlənən glamur söz qrupuna daxil olsa da, inanın ki bu əvəzsiz alə Boşuna deyil ki, məşhur insanlar, celebritylər axın edir Hindistana rahatlıq tapmaq üçün. Bunda var bir iş. O işin meditasiya tərəfi olsun bir də işin dartınma tərəfi var. Bilirsiz, əqli sağlıq ruhi sağlıqdan gəlir. Ya da sağlam bədəndə sağlam ruh olur. Yəni ruhunuzu dinləndirmək və sağlamlığınızı təmin etmək olmazsa olmaz. Hər gün 20 dəqiqə olmadı 10 dəqiqə yoqa edin.

9. Not dəftəriniz olsun, yaxud jurnal da deyə bilərik, Orada planlarınızı, arzularınız, məqsədlərinizi gündəlik əsasda yazın, dönüb dönüb baxın, analiz edin.

10. Gülməyi öyrənin J Yoqa dərslərimizin birində dərsə gəldik və instruktor bizdən gülməyimizi istə Nəyə dedik? Dedi səbəbsiz? Hamı bir birinə baxdı ki, dəli deyəcəklər bizə. Dedi qoy desinlər. Səbəbsiz gülməyimiz istəndiyi üçün bir nəfər gülməyə başladı digəri ona baxdı və ona güldü, 3-cüsü də ona baxdı güldü. Və beləkiklə biz zəncirvari gülməyə başladıq. Dəli kimi güldük. Ancaq 15 dəqiqə nəticəsində maksimum pozitiv aldıq hər birimiz. Işdən sonrakı stresimiz uçdu getdi. Gülün dostlar, gülümsəyin.

Foto Mənbə

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s