Tbilisi notlarım

Ötən il vətəndən kənarda yaşamaq necə olur deyə bir təcrübə yaşadıq. Əslində getdiyimiz ölkə çox da uzaq deyildi, ancaq yenə də qeyd etməliyəm ki, fərqlər nəzərə çarpacaq qədər var idi. Həyat tərzində, düşüncə tərzində, yaşam tərzində. Yeni il etibarilə isə yenidən Bakıdayıq.

Əslində müqayisə etməyi sevmirəm, çünki hər şey nisbidir. Ancaq yenə də bəzi nüanslardan yazmaq istədim. Getdiyimiz şəhər Tbilisi idi. Orada uşaqlarla bağlı nəzərə çarpacaq ilkin nüans onların aktivliyidir. Uşaqlar çox aktiv, haylı küylüdür, bizim uşaqlara baxanda. Hətta qeyd edimki, bunu qızımda da hiss etdim, oraya gedəndə sanki sakit bir kənarda oynayırdı, ancaq sonlara doğru o da aktivləşdi, haylı küylü oldu. Əlbəttə burada böyüməsi faktoru da var. Ümumi götürəndə isə gələndən sonra bariz hiss etdim ki, bizim uşaqlar daha çox idarə olunan tipdədirlər. Yaxşı nədir pis nədir, ya da doğrusu nədir yalnışı hansıdır orası sualdır. Ancaq uşaq uşaqlığını yaşamalıdır, orası dəqiqdir. Yəni övladlarımız bizim idarə etdiyimiz varlıqlar deyil, onlar sərbəst düşüncəli öz maraqları olan fərdlərdir.

Vake Park

Bağça olaraq baxsaq məsələn, bağça uşaqlara sərbəstlik, oyunla öyrənmə, müstəqil yanaşma tərzində baxırdı, onların öz dünyaları vardı, müəllimələr onları idarə etmir, onlarla birgə oynayırdı, onların havasına girirdi. Bu isə ümumi havanı çox isti edirdi, uşaq bağçaya sevərək gedirdi. Çünki orada onu maraqlı aktivitələr gözləyirdi. Baxmayaraq ki, bağçanın dili tam yad idi uşağa, o qısa müddətdə oradakı dili mənimsədi.

Nəticə olaraq isə, demək istəyirəm ki, mental sağlamlıq üçün həqiqətən də sərbəst düşüncə tərzinin mövcudluğu əsas faktordur. Və bu ta körpəlikdən gəlir. Övladlarınıza nəzarət altında olan (əlbəttə o şərtlə ki, övladınız bunu hiss etməsin, onu ancaq siz bilin) sərbəstlik verin.

***

Tbilisi notlarımdan daha bir nüansdan yazmaq istərdim.

Tbilisi əslində gözəllik etibarilə heç də Bakını keçmir. Onu da deməliyəm ki hər iki şəhər özlüyündə gözəldir. Ancaq Tbilisidə var bir “free spirit”. Hansı ki, mən bunu Bakıda hiss etmirəm. Bakı sanki daha çox stressli şəhərdir, sərbəstlik yoxdur. İnsanlarında hər zaman bir sıxıntı var sanki. Problem, qayğı bütün insanlıqda vardır, ancaq buna baxış tərzi cəmiyyətlərə görə fərqlilik göstərir. Məsələn Tbilisinin problemi qayğısı Bakıdan qat qat çoxdur. Ancaq orda bir rahatlıq var, çünki insanları hər kəs öz işindədir. Heç kəs heç kəsin heç nəyini müzakirə etmir (ən azından belə görünür). Hamı öz həyatından zövq almağa çalışır. Sadəlik, həyatından zövq almaq, zövq aldığın məşğuliyyətinin olması, sadəni kreativ formada təqdim etmək- bu məfhumlar orada sanki ustalıqla təqdim edilir.

Şəhərin yerləşimi təbiət olaraq çox gözəldir, havası ayrı fərahlıdır. Parklar çoxdur, uşaqlar üçün hər cür şərait var, çoxu ödənişsizdir.

Vake Park

Küçədə gəzərkən qəribə bir rahatlıq olur insanda, hansı ki, o rahatlığı Bakıda duymursan. Səbəbini çox düşünmüşəm, fərqli yanaşmalarım var, amma ən çox üstündə dayandığım ondan ibarətdir ki, Bakının insanı daha əsəbi və daha stresslidir, başqalarına qarşı acıqlıdır. Öz həyatını deyil, başqalarının düşüncəsində mövcud həyatı yaşamağaüstünlük verir. Öz rahatlığını deyil, başqasının düşüncəsini önəmsəyir (fikirlərim subyektivdir razılaşmamaqhaqqınızdır).

Buradakı nəticə isə, dostlar özünüz olun, öz arzularınızın dalınca gedin, həyatınızdan zövq alın, başqalarına deyil özünüzə arxayın olun, başqalarını deyil, özünüzü müzakirə edin, hər şey sizlə başlayır, siz dəyişməyi seçdiyiniz an hər şey tədricən dəyişəcəkdir.

***

Bütün tanıdığım insanlardan bu şəhər haqda pozitiv feedback almışdım. Hərçənd ilk başda şəhərin baxımsız və köhnə olması heç də sevdirməmişdi oranı. Sonra tədricən yaşanması üçün rahatbir şəhər olduğunu gördüm.

street art in Tbilisi

Ancaq yenə də qəribçilik çəkdiyim nüanslar vardı. Məsələn, kitabçıları çox sevirəm, kitab mağazalarına getməsəm sanki nəsə çatmır kimi hiss edirəm (kitab mağazasına girərkən başımı itirdiyim doğrudur). Tbilisidə isə məsələn, mən ürəyimcə kitabcı görmədim. Bir neçəsi vardı, onlar da ancaq öz dillərində kitablarla zəngin idi (şəhər mərkəzi ətrafını nəzərdə tuturam). Bununla müqaysədə Bakıdakı kitabçılar çox zəngindir deməliyəm. Cənnət efekti verdi mənə bizim kitabçılar Tbilisidən sonra. Ancaq onu da deyim ki, oxuyanların sayı bizdən daha çoxdur, kitab oxuyandırlar. Sadəcə xaricilər üçün seçim müxtəifliyi görmədim.

Eynilə marketlərdəki çeşid, bizim böyük marketlərdə həqiqətən çeşid çoxdur.

Bunlarla yanaşı qeyd edim ki, geyim bazarı orada daha efektivdir, həm çeşid və həm de qiymət olaraq Bakıdakı mağazalardan daha maraqlıdır. Bakıda olmayan markaları da tapa bilərsiniz.

Maraqlı nüanslardan daha biri milliyətçilik xüsusiyyəti oldu. Orada öz milli xüsuslarına sahib çıxma çox güclüdür bizdən fərqli olaraq. Baxırsan ki, özlərinə aid xırda bir şey də olsa onu elə təqdim edirlər ki, özün də Əhsən! deyirsən. İstər mətbəxləri, istər musiqiləri, istər dilləri.

Dil mövzusu isə ən önəmlisi. Onlara qibtə edirdim, öz dillərinə necə sahib çıxırlar. Rus dili orada da istifadə edilir, ancaq məcbur qalmasalar rusca sizlə danışmazlar. Cavan nəsil isə ümumiyyətlə rus dilini əksəriyyət bilmir, daha çox ingilis dilinə üstünlük verirlər. Bütün rəsmi sənədlər öz dillərindədir. Anlamıram deyirsən həkimə mənə ya ingilis ya rus dilində verin reportu, deyirki, bağışla amma bu sənin problemindir. Sənin olduğun ölkənin dili budur. Kaş ki, deyirdim hər dəfəsində biz də bu qədər önəmsəsək öz dilimizi, öz milli dəyərlərimizi. Hər yerdə öz sahib olduğumuz dəyərləri layiqincə təqdim etsək. Özümüzü pisləməsək hər imkan düşdükdə, əksinə çalışsaqki, yaxşıları önə çəksək, dəyərlərimizi tərənnüm etsək.

Bu arzuyla hələlik Tbilisi notlarımı burada saxlayıram.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s