Montessori təlimi metodikası

Montessori təlim metodikası haqda ilk dəfə, qızım 10 ay olanda maraqlanmağa başladım, ilk o zamanlar duyurdum erkən inkişaf necə olur. Hələ heç gəzmirdı, iməkləmə periodunda idi dərslərə başlayanda. Sonralar bu dərslərin ona necə müsbət təsir etdiyini görmüşdüm.

Sonralar Montessori sözünü hər yerdən duymağa başlamışdım. Bəlkə də bu ifadəyə daha duyarlı olmağa başlamışdım sadəcə.

Bugün bir şeyi anlayıram ki, Montessorinin dediyi odur ki, uşağın səviyyəsinə enin, gündəlik məşğuliyyətləri onunla oynayaraq edin. Məcbur etmədən maraqlandıraraq. Niyə? Çünki bu metodla körpələrin beyinləri daha aktiv inkişaf edir, maraq dairələri formalaşır, özlərini daha əmin hiss edirlər. Öz fikirləri yaranır. Xanım Montessori deyib ki, xüsusi bir şeylər lazım deyil, körpələr üçün rahat ola biləcəkləri mühit yaradın kifayətdir.

Bununla yanaşı onu da deyim ki, internet üzərindən yaxud kitablarla  yaxud dərnəklərlə montessori təlim metodikasını öyrənib ev şəraitində də edəbilərsiniz.

***

Bizi belə böyütməyiblər, ona görə bizə qəribə gəlir bu cür yaxınlaşmalar. Və bəzən lazımsız belə hiss edənlər də vardır. Amma mən məsələn öz növbəmdə inanıram ki, bu metodun uşağın sərbəst düşüncə ilə böyüməsində böyük rolu var. İnsanın bir çox qabiliyyətinin olmasına ehtiyacı vardır, amma zənnimcə ən önəmlisi, Öz`ünü duyub anlamaq bacarığının olmasıdır. Xanım Montessori öz təcrübəsi əsasında sübut etmişdir, uşağı müstəqil mühitdə böyüməyini təmin etmək,onun bir çox bacarığının aşkarlanması deməkdir.Onun metodikasında müəllimə uşağa sadəcə nəzarət edir, ona istiqamət verir lazım olduğunda. Heç bir halda limitləmir.

Montessori məşğələlərində  bütün elm sahələri uşağın yaşı səviyyəsinə enir, və oyun xarakterli ona çatdırılır. Və öyrənmə elə doğumdan başlayır. Əslində ana bətnindəykən başladığı da vurğulanır. Çünki yaradılış sadəcə fiziki baş vermir burada ruhun, hisslərin, emosiyaların da rolu böyükdür. Bunu hələ uzaq keçmişdə artıq qeyd edirdi Montessori.

Ümumilikdə desək, 0-6 yaş çox vacib perioddur bir körpə üçün. 0-3 yaş özündən asılı olmadan ətrafdakı hər şeyi öyrənir. 3 yaş sonrası artıq başa düşərəkdən bunu edir. Odur ki,bu periodda çalışmaq lazımdır ki, maksimum körpəniz öz imkanlarını istifadə etsin. Bu periodda öyrəndikləri onun gələcək həyatının əsasını özülünü təşkil edəcəkdir. 0-6 yaş dil öyrənməsi üçün də vacib zaman dilimidir. 5-ə yaxın dil öyrənə bilər. Müxtəlif dillərin danışıldığı mühitlərdə olması faydalıdır. Çünki bu perioddan sonra körpəniz bir daha bu qabiliyyətdə olmayacaq.

0-3 yaş arası uşaqlar:

  • Körpənizi geyindirərkən onla mütləq danışın, anlamır deməyin, nə etdiyinizi addım addım ifadə edin, bu yolla siz onun inkişafı üçün önəmli addımlar atmış olacaqsız (dil və zəka baxımından)
  • Uşaqlar üçün onların öyrənə biləcəyi mühiti təmin edin, rahat, etibarlı, öyrədici. Masaru İbuka deyib ki, məsələn, körpəni yatırdığınız otağın divarları boş olmasın, maraqlı ornamentli şəkillər, bəlkə kitab rəfləri, bəlkə öyrədici tablolar olsun. O yuxuya gedərkən gözü ətrafı gəzir, bu anda onun başında hansısa fikirlər, təxəyüllər formalaşır
  • Danışaraq, sevgi göstərərək, sevgini toxunaraq hiss elətdirərək onların özlərinə inanmağını təmin edin
  • Hər yeni bacarıqlarını alqışlayın, sevin, vurğulayın
  • Müstəqillik verin
  • Bu dönəmdə oyuncaq kitablardan başlayaraq, qatlanan kitablar la davam edə bilərsiniz. Müxtəlif rəngli kubikləri düzmək oyunu oynamaq. Kiçik böyük anlayışı üçün ləvazimatlar. Mahnıya əsasən oynamağa cəlb edə bilərsiniz.
  • Körpəni güzgüyə göstərmək olmaz mifini başınızdan atın J deyilənə görə güzgü körpənin inkişafı üçün önəmli rolu vardır.
  • Bir səbət hazırlayın içinə müxtəlif rəngli, ölçülü əşyalar toplayın, qoyun qarşısına baxsın tanısın öyrənsin deyə, bunu 6 ay sonrasında başlaya bilərsiniz.
  • 2 yaş üstü artıq uzun gəzintilərə çıxa bilər, özünün gəzməsinə həvəsləndirn, onun fiziki möhkəmlənməsinə də faydalıdır
  • 2.5 yaşı ən aktiv periodu başlayır. Ona müxtəlif məsuliyyətlər verə bilərsiniz. Məsələn stola qabları aparsın deyə (bəzən salıb sındırmaq ehtimalı labüddürJ)

3-6 yaş arası- bu dönəmdə körpə statusundan çıxıb uşaq statusuna keçid yaşanır. O səbəbdən artıq məşğuliyyətlərdə sadəcə əl və göz koordinasiyası deyil və həm də zəkaya təsir edəcək oyunlar edilə bilər.

  • Bu dönəmdə körpələr artıq ətrafda gördüklərini, eşitdiklərini idrak edərək öyrənirlər. O səbəbdən maksimum çalışmalıyıq ki, onlara rəngarəng fəaliyyətlər təqdim edək, imkan daxilində.
  • Ilk başda hər hansı oyunu oynarkən maraq göstərməyə bilərlər, ancaq siz həvəsdən düşməyin, müəyyən vaxt sonra yenə cəhd edin. Zamanla konsantre olmağı öyrənəcəkdir.
  • Hər hansı bir nəticənin əldə edilməsi vacib deyil, bu periodda, əsas olan prosesdir, prosesin nə dərəcədə maraqlı olması ona o qədər öyrədici olması deməkdir.

Ps. Oyunları, məşğələləri təqdim edərək mütəmadi yoxlayın. Olar ki, bugün maraq göstərməz, məsələn 3 ay sonra maraqlı olar.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s