Pozitiv qalmağın yolları

on

Bir tanışım vardı, ilk işlədiyim dönəmlərdə bir maraqlı fikir söyləmişdi. Demişdi ki, bu zamanda əsəbləri sakit adam olmaq istəyirsənsə il ərzində 2 dəfə əsəbdən müalicə almalısan. Yoxsa bu cəmiyyətdə ayrı cür mümkün deyil. Bu söhbət olmuşdu 2007 ilində. O zamanlar saf saf dinləmişdim onu, və də haqq vermişdim necəsə çünki, adam məndən yaş etibarilə çox böyük idi və təcrübəsi də uyğun olaraq çox idi. Deməli bilir və danışır. Bugün isə öz fikrim var bu mövzuda ondan yazım .

Əsəbləri sakit, pozitiv, harmoniya dolu olmaq istəyirsinizsə, ilk əvvəl özünüzü dinləyib özünüzü anlayıb, öz varlığınızla dialoqda olarkən darıxmayan, yorulmayan,  miskinliyə qapılmayan bir fərd olmalısınız. Əgər artıq belə olduğunuzu duyursunuzsa, sizə şad xəbərim var o zaman siz xoşbəxt insansız. Əksi hal varsa, o zaman üzərinizdə işləmək üçün zəmin var. Başlayın.

“Hər şey səninlə başlar” – bu söz necə dolğun və necə düzgün deyilmiş sözdür. Yaxud “insanın özü özünə etdiyini el yığılsa edə bilməz”, ya da Cem Yılmaz demişkən “Mutluluk içimizdədir”. Bu ifadələrin hər biri ona işarədir ki, biz əslində hər şeyin müəllifiyik, ən başda öz ruh halımızın, öz münasibətlərimizin və digər hər şeyin. Deyəcəksiz ki, xeyr, məndən asılı olmayan, mənim məcburən içində olduğum hallar var həyatda və bu məni ruhdan salır. Belə hallar qaçınılmazdır, hamımız yaşayırıq. Bu zaman düşünün, siz bu halı dəyişdirə bilərsinizmi, əgər əlinizdən gələni edərək bu hal aradan qalxacaqsa nə ala, amma mümkün deyilsə o zaman, hadisəyə baxış tərzinizi dəyişməli olacaqsınız. Günün sonunda fikrinizi rahatlatacaq bir ruh halı üçün bu xoşagəlməz hala öz münasibətinizi dəyişdirmək də bir çıxış yoludur.

Hər şey sizinlə başlar. Bu sözü deməkdə məqsəd odur ki, ətrafınızdan heçnə gözləməyin. Nəyinsə düzəlməsi üçün, nəyinsə baş tutması üçün, nəyinsə başlaması üçün heçnə gözləməyin. Elə bugün elə bu an başlayın. Bəlkə öncə düşüncələrinizdə hərəkət başlayacaq amma olsun, o da bir başlanğıcdır. Sadəcə yerində hərəkətsiz oturmaqdan daha faydalıdır.

Fikirlərinizi səhmana salmaq üçün günümüzdə ən çox müraciət edilən alət – meditasiyadır. Buna bir çox insan gülünc yanaşır, faydasına inanmır. Ancaq yaşayan duyan biləcəkdir ki, nə nədir. Qulaqdan dolma məlumatların sizə faydası olmayacaq.

Özümü güclü meditasiya mentoru kimi görmürəm. Ancaq bu təcrübəni yaşayan biri kimi hər kəsə məsləhət bilirəm. Özünü anlamağın, özünü duymağın ən əsas aləti meditasiyadır. Bu zaman siz özünüzü (gözünüzü, qulağınızı) ətraf aləmə bağlayıb, özünüzü duymağı öyrənirsiniz. Beyindəki fikirlərinizi sanki hər birini uyğun bölməyə qoyursunuz. Və xaotik yaşamdan düzənli yaşama keçirsiniz. Meditasiya sahəsində siz mənəvi möhkəmlənirsiz. Çünki hər şey düşüncədə başlayır.

Hərgün özünüzə vaxt ayırın, 10 dəqiqə olmaqla hər səhər, yaxud sizən uyğun vaxt. Səhər edilərsə daha faydalı olacaqdır. Ya da gün sonunda. Sakit bir mühitdə, gözlərinizi 10 dəqiqə ərzində bağlayıb, sadəcə nəfəs alıb verməyinizə konsantre olun. Nəfəs alıb verərkən, təmiz havanı içinizə alıb, içinizdəki gərginliyin nəfəslə birlikdə çıxmasına diqqətinizi verin. Düşünün ki, nəfəs verməklə sizin içinizdə olan neqativ düçüncə, gərginlik, hər hansı narahatlıq, hər hansı ağrı da sizdən ayrılır. Zamanla bu meditasiya vaxtını uzadın, və hər gün 1 saat olmaqla edin. Faydasını sonra bizlə paylaşın.

Meditasiya vacib alətdir, dedikdən sonra, sıra gəldi ətraf mühitə. Ətrafınızda sizə mənfi təsir edən bütün təsirlərdən zamanla ayrılmağa başlayın. Bu birdən alınmayacaq əlbət. Ancaq tədricən mümkün olduğunu görəcəksiniz.

Məsələn, dərd, problem, qayğı aşılayan seriallara baxmağı tərgitməklə başlaya bilərsiniz. Özünüz də duymadan bu tərz seriallar sizin şüuraltı düşüncənizi alt üst edir. Qəmginləşdirir sizi əsassız. Siz neqativi öz həyatınıza dəvət edirsiniz dolayısıyla.

Vaxtının çoxunu neqativdən danışmağa sərf edən insanlar olur,o insanları da pozitivə çağırın. Alınmırsa, özünüzdə o insanlara qarşı “imunitet” formalaşdırın. Yəni onların söhbətləri sizə təsir etməsin deyə ciddiyə almayın da deyə bilərik. Bəzən çox bəsit görünür, amma bu tip insanlar həqiqətən sizin enerjinizi boşuna sərf edir.

Özünüzü daxilən pozitvə yükləməyin yollarını axtarın tapın.

Ən əsası bunu heç kimdən gözləməyin özünüz edin. Və görəcəksiniz mütləq alınacaq.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s