Məqsəd- Plan- Çalışmaq

Bugün özünüzə hər hansı bacarığı qazandırmaq istəyirsinizsə, bunun üçün hər bir imkan var. Evdə özünüzə universitet təlimi belə vermək mümkündür. O qədər imkanlar genişlənib, tək istənən vaxt və əməkdir. Odur ki, bəhanələri düşünməzdən öncə vaxtı idarə etməyi öyrənməliyik. Nəzərə alaraq ki, bir çoxumuzun körpəsi var.

Hər bir şeydən öncə istək olmalıdır, o varsa nə gözəl, sonra məqsədi ciddiləşdirək gərək. Sonrada məqsədə çatmaq üçün plan lazımdır. Adına da “Fədi inkişaf planı” deyək.

Planı tərtib etməkdə çətinlik çəkən dostlar üçün addımlar aşağıda göstərim:

  1. 1 qələm və 1 kağız götürürsünüz (deyim ki, kağız ilə qələm insanı daha yaradıcı düşünməyə kömək edir,elektron vasitələrdən fərqli olaraq) və 10 ən əsas vacib əldə etmək istədiyiniz məqsədinizi yazırsınız.
  2. Məqsədlər müəyyənləşdikdən sonra, onların arasından hansılar daha vacibdir seçirsiniz, və yanında da yazırsınız ki, bəs niyə vacibdir.
  3. Və növbə gəlir vaxtları müəyyən etməyə, işlərin tamamlanması üçün vaxt müəyyən etməsəniz bu mücərrəd məna daşıyacaq, vaxt təyin etdikdə məsələ sizin şüuraltınız üçün ciddiləşir.
  4. Sonra özünüzün zəif və güclü tərəflərinizi yazın (SWOT anaysis). 3 ən güclü xüsusiyyətiniz və 3 ən zəif xüsusiyyətiniz. Və düşünün qeyd etdiyiniz güclü tərəfləriniz, yuxarıda qeyd etdiyiniz məqsədlərə çatmaqda sizə necə kömək edə bilər. Və zəifliklərinizin aradan qaldırılması üçün siz nə edə bilərsiniz?
  5. Bu xəritəni müəyyən etdikdən sonra, gəlin addımlar üzərində düşünək, yazdığınız əsas məqsədlərinizə doğru getmək üçün hansı addımlar atılmalıdır? Addımları müəyyən etdikdən sonra, günlük həyat tərzinizi buna uyğunlaşdırın, sizi məqsədinizdən uzaq salan adətlərinizi tərgidin, onun əvəzində məqsədə yaxınlaşdıracaq addımları günlük həyatınıza daxil edin.
  6. Mütləq uğurlarınızı qeyd edin, özünüzü qiymətləndirin.
  7. Nə əldə etdiniz?
  8. Nə daha rahat başa gəldi?
  9. Nəyin üzərində hələ də işləməyə ehtiyac var?
  10. Hansı bacarıq və bilikləri əldə etməyi bacardınız?

Sonda özünüzə hədiyyə etməyi unutmayın. Özünüzü daha da çox çalışmağa həvəsləndirin.

photo : https://www.pexels.com/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s