Ana olmaq

on

Bu başlıq altında milyonlarla məqalə yazmaq olar. Çox fərqli bir duyğudur ana olmaq, çox fərqli bir vəzifədir,çox fərqli bir sevgidir.

Bəzən övladı üçün hər şeyin ən yaxşısını istəsə belə hardasa müyyən səhvlərə yol verən, yaxud çox ideal olsa da özünü yetərsiz görən, ya da heç bir səy göstərməsə də övladının tək ehtiyacına çevrilən varlıqlardır analar.

Mən bu səhifədə paylaşımlar etdiyimdən bəri çox zaman bir fikirlə qarşılaşıram ki, hər kəs ideal olduğumu iddia etdiyimi düşünür, yaxud övladımın ideal olduğunu iddia etdiyimi görür. Demək istəyirəm ki, əgər sizlər də elə düşünənlərdənsinizsə əmin olun ki, bu belə deyil. Biz hamımız insanıq, və getdiyimiz yolda hər gün nələrsə öyrənirik, və səhvlərimiz də əlbəttə olur. Əsas olan səhvi görmək duymaq anlamaq, üzərində çalışmaqdır, mənə görə. Mənim də hər gün övladıma qarşı səhvlərim olur, bəzən anında anlayıram bəzən hansısa fikiri oxuduqdan sonra anlayıram, bəziləri də var yəqin ki, hələ anlayacam. Yəni yaşadıqca öyrənirəm mən də. Elə hərkəs kimi. Heç kim ideal deyil dostlar.

Sadəcə burada təcrübələr paylaşılır, mənim üçün doğrudur, sənin doğrun da bu olmalıdır, demirəm mən. Sadəcə öz yaşadığım təcrübələri paylaşıram, müəyyən mənada fikir yaratsın deyə.  

Demək istəyirəm ki, dostlar, ana olaraq ideal olmaya bilərsiniz ancaq əsas olan üzərinizdə daim çalışmaqdır, öyrənməkdir vacib olan. Günümüzdə bunun üçün bütün imkanlar çox rahatlıqla bizə təqdim edilir. Özünüzü yalnız özünüzlə müqayisə etməyi öyrənin, özünüzlə harmoniyada olmağı öyrənin. Başqalarını dinləyin ancaq öz məntiqinizlə hərəkət edin. 5 nəfəri dinləyib 1 nəticə çıxarın. Və içinizdə böyütməli olduğunuz ən vacib duyğunun sevgi olduğunu unutmayın. Bir gün övladınız öz ayaqları üzərində durarkən sizə deməyəcək ki, mənə niyə çox sevgi verdin. Əksinə sizin sevginiz onu yaşadacaq. Təmiz paltar, hədiyyələr,evin təmiz olmağı … bunlar ona quru sevgi vermir,yalnız sizin varlığınız sizin sevginizdir ona həyatı sevgi dolu yaşadan.

photo credit: http://pexels.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s