Telefonlar ve Real Həyat

“Smart phone” anlayışı o qədər həyatımıza daxil olub ki, 1 saat belə ondan ayrı qalanda oskigen çatışmazlığı kimi bir hiss olur. Baxmayaraq ki, minlərlə bu haqda yazılar yazılıb, yan təsirləri göstərilib biz yenə də vaz keçə bilmirik. Çünki az qala bütün həyatımız o telefonların içindədir.

7-dən 77-yə hər kəsə bu sözləri aid etmək olar.

Texnikadan asılı olmaq deyil onu özümüzə xidmətkar pozisiyasına gətirmək üçün nə etməliyik? Bu sualı hər kəs özünə versin,və ətraflı bir də cavab hazırlasın. Burada diqqətinizi çəkmək istədiyim məsələ, texnoloji üstünlukləri həyatınızdan silin demək deyil. Demək istədiyim odur ki, baxaq görək nəcə idarə ediləbilir səviyyəyə gətirə bilərik bu vəziyyəti.

Özümdə məsələn bir nüansı aşkar etdim, telefon və ipad ilə keçirdiyim vaxt, məni kitab oxumaqdan alı qoyur, dolayısıyla bir neçə digər daha faydalı məşğuliyyətlərdən alır. Necə? Çünki telefon və ipad ilə gələn məlumat bazası sistemsizdir, zamansızdır, limitsizdir. Anladım ki, mən bunu idarə etməsəm, onsuz da limitli olan zamanım sitemsiz bir formada uçub gedəcək.

Və prioritet siyahıma yenidən qayıtdım. Texnoloji yenillikləri isə həyatıma daha “smart” formada daxil etmək lazım olduğunu anladım. əslində bunu hər birimiz sizlə bilirik, amma reallaşdırmaq fəsli gələndə “sabahdan edərəm” deyirik.

Sizlərə də demək istəyirəm ki, işlərinizi planlaşdırın və planlı olaraq telefondan (sosyal şəbəkələrdən) istifadə edin. Bunu 1 həftə üçün ən azından icra edin və nəticəsinə özünüz də heyran olacaqsız.

***

Mobil telefondan istifadə vs Kitab oxumaq

Əgər evdə sizi nümunə götürəcək bir övladınız varsa, texnoloji möcüzələrdən istifadə xüsusilə diqqət edilməsi lazımlıdır. Körpəlikdən uşaqlarda var olan bir bacarıq var; onlar eşitdiklərini və gördüklərini heç düşünmədən əzbərə yazırlar. Və bunu çox ustalıqla bacarırlar deyim sizə. Nədər də bu reallıq bizə inandırıcı gəlməsə bu faktdır ki, körpələr onların ətrafında baş verənləri əziyyətsiz öyrənməyə qadirdilər. Və burada xüsusi qeyd edilməli nöqtə, onlar onlara deyiləni yox, məhz gördüklərini və eşitdiklərini öyrənirlər.

Siz əgər övladınızın yanında gözünüz çox vaxt telefon ekranındadırsa, əmin olun ki, körpənizin də full diqqəti ordadır. O çox maraqla fikirləşir ki, görəsən o ekranda nə var ki, mənim anam yaxud atam gözünü oradan çəkmir, davamında isə “mən də istəyirəm”  sözləri gəlir. Yəni siz istəmədən, düşünmədən, diqqət etmədən övladınızı telefona bağımlı hala gətirirsiniz.

Bunun  əvəzində məsələn siz əlinizdə kitab vərəqləsəniz, heç tərəddüdsüz övladınızda kitaba maraq və həvəs doğuracaqsınız. Bu hiss onun özündən də asılı deyil, sadəcə sizin etdiyiniz hər bir məşğuliyyət ona çox maraqlı olduğu üçün o sizi “təqlid” edir.

Odur ki, dostlar, gəlin duyarlı olaq, diqqətli olaq. Xüsusilə siz övlad sahibi isəniz,unutmayın onun gələcək uğurları,gələcək faydalı bacarıqları, sizin bugün özünüz üçün etdiyinizin işiğında formalaşır. Bir yetişkin olaraq nəyin faydalı nəyin isə sadəcə “hərdən olar da” dediyiniz fəaliyyət olduğunu asanlıqla ayırd edə bilirsiniz. Ancaq bunu azyaşlı uşaq etmək iqtidarında deyil, o seçim edə bilmir, sadəcə gördüyünü götürür. Və nəticədə onun alışqanlıqları formalaşır.

Övladınızla bir mühitdə olarkən ona xeyirli nümunə olmaq üçün həyat tərzinizə bir də baxın. Nəticədə hər iki tərəf qazanacaq. Həm övladınız həm də siz. Çünki siz də sağlam həyat tərzi yaşamış olacaqsınız.

Photo bank: http://www.pexels.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s