Kitab oxumağa necə vaxt tapıram?

İşlədiyim dönəmdən qısa bir xatirəmi paylaşmaq istəyirəm öncə. Recruiter kimi fəaliyyət göstərirdim o zamanlar. HR direktorumuzla bir nəfər namizədlə iş görüşməsi edirdik. Xanım regiondan gəlmişdi. Çox yaraşıqlı, eyni zamanda gözəl nitqi vardı. HR direktorumuz sual verdi ki, bəs ən son hansı kitabı oxumusunuz? Xanım dedi ki, vaxt tapa bilmirəm kitab oxumağa. Və bu onun ən böyük nöqsanı oldu 🙂

Xanımı yola salandan sonra bugün kimi xatırlayıram, HR direktorumuz dedi ki, “deyir vaxtım yoxdur, vaxt elə indi varındır, sonra ailə uşaq ev məişət, ümumiyyətlə heç vaxtın olmayacaq. Nə qədər ki, imkanın var oxu“

Bəli həqiqətən də ailəli olandan sonra prioritetlər kəsgin dəyişir, və vaxt qaçır sən onu tuta bilmirsən. Beləcə həyat axır gedir. O səbəbdən deyirlər hər şeyin öz vaxtı var. Əslində isə bu da mübahisə mövzusudur. İndi zaman elə deyişib ki, vaxt vaxta qarışır. Multitasking isə ən əsas bacarığa çevrilib. Yəni eyni anda bir neçə işlə birdən məşğul olmaq.

Photo by Tatiana Syrikova on Pexels.com

Sual: Bəs mən necə vaxt tapıram kitab oxumağa?

Cavab: Kitablar ilə mən huzur tapıram. Anlata bilmədiyim bir təsiri var kitabların üzərimdə. Yəni bir sözlə çox sevirəm kitabları. Bu bəzən passiv bir sevgidir, çünki ev xaosundan kitablara zaman çatmır (hələ bu karonalı günlərdə xüsusilə). Amma kitabsız da olmaz.

Barış Özcanın bir videosunda deyirki, evin hər küncündə kitablarınız olsun. Gözünüz görsün könlünüz xatırlasın ki, kitab oxumaq lazımdır. Mən öz kitab rəfimi çox sevirəm. Onların adları üzərindən keçəndə ürəyimdə dərin bir huzur və sevgi hissləri formalaşır. Bax bu sevgi məni oxumağa vaxt tapmağa vadar edir.

Photo by Daria Shevtsova on Pexels.com

Dəqiq olsam isə; harda nə vaxt bacardımsa çalışıram oxuyum.

Məsələn;

  • Ən çox müraciət etdiyim üslub gecə yuxusundan öncədir (ən optimal bu zamandır). 5-10 səhifə oxumağa çalışıram, yorğunluq dərəcəsindən asılı olaraq.
  • Uşağı yatırdarkən oxumağa çalışıram (körpəni yellədən zaman)
  • Uşağı parkda gəzdirərkən Audio formatda kitab dinləyə bilərəm  (analar üçün ən optimal variant- Audio kitab)
  • Çantamda kitab gəzdirməklə, yol gedəndə oxumağa
  • Telefonda elektron format kitablar olmaqla- yenə imkan düşən kimi açıb oxumaq

Bu metodları bəzən eyni axtda tətbiq edə bilirəm, nəticədə eyni zamanda bir neçə kitabı mütaliə etmiş oluram.

Sizə gəlincə özünüzə ən optimal variant nədir hesab edirsinizsə onu da tətbiq edin, yetər ki edin. Kitabsız qamayın. Üfqünüz açılsın. Özünüzü nəyəsə məcbur etməyin təbii formatla icra edin və özünüzü günahlandırmayın ki, niyə mən kitab oxumuram özgəsi oxuyur. Özünüzü anlayın sevin ilk öncə sonra isə o vaxtı necəsə özünüz üçün tapın.

Hər kəsə xoş mütaliələr,

Sevgilər.

P.s. bu mövzuda podcastımı telegram kanalımdan paylaşdım : https://t.me/newmummystuff Təklif və iradlarınızı gözləyəcəyəm.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s