Hər şey sənin əlində!

on


Özünüzdən savayı heç kəs əhvalınızı qaldıra bilməz (başqa sözlə, əgər Siz özünüzü sevindirə bilmirsinizsə, bunu heç kəs bacarmayacaq)!

İnsan, demək olar ki, bütün həyatı boyu gözləyir ki, onu başa düşən, anlayan bir kəs gələcək və ondan sonra hər şey öz axarına düşəcək, ancaq müyyən vaxtdan sonra dərk edir ki, onu anlayan, duyan “o kəs” həmin şəxsin elə özüdür.

Hər şey insanın yalnız öz əlindədir: özünü olduğu kimi qəbul etmək, bağışlamaq, sevinmək, arzu etmək…

Xoşbəxt olmağı seçin: qucaqlayın, sevin, musiqi dinləyin, ağac, yaxud çiçək əkin, kitab oxuyun, idmanla məşğul olun. Hər nə edirsizsə, edin, yalnız bir həqiqəti anlayın ki, ilkin olaraq özünüzü yalnız özünüz xoşbəxt edə bilərsiz. Bunu, əsla digərlərindən ummayın, əks halda yanılacaqsız. Məhz bu, başlıca prinsipdir!

Bunu birmənalı olaraq qəbul etdikdən sonra, digər yanaşmalara da nəzər salmaq olar:

Qayda 1. Pareto qanunu – 80/20 qaydası.

Fəaliyyətinizin yalnız 20% hissəsi Sizə 80% nəticə və  səmərə verir. Məşğuliyyətinizin, demək olar ki, çox hissəsi Sizə elə də güclü nəticələr bəxş etmir, sadəcə vaxtınızın sərfinə səbəb olur. Bunu nəzərə alaraq, vaxtınızı optimal şəkildə planlayıb istifadə edin.

Fikirləşməyə dəyər: 80% vaxt lazımsız işlərə sərf edilir. Bunu aşkar etdikdən sonra kim deyə bilər ki, onun sevimli hobbisi üçün vaxtı yoxdur?

Qayda 2. Parkinson qanunu.

Əslinə qalanda Sizə verilən işi daha tez icra edə bilərsiz. Bir tapşırığın icrasına nə qədər vaxt sərf etsəniz, o qədər vaxtınız hədər olacaq. Bu səbəbdən bir tapşırıq verildiyi zaman “şərt nədir” və “nə etməliyəm” amillərini aydınlaşdırıb dərhal hərəkətə keçin!

Əgər işləri son gündə icra etmək kimi bir adətiniz varsa, o zaman Sizə verilən tapşırığa nə qədər vaxt verilməsindən asılı olmayaraq, Siz son 2 gündə onu icra edəcəksiz.

Qayda 3. Daha sonra ala bilmək üçün əvvəlcə özünüz verin!

M ə h z   b u  q a y d a  i l ə  d a v a m  e d i n!

Zaman keçdikcə Siz verdiyinizdən daha çox almağa başlayacaqsız. Ətrafda baş verənlər üçün sevinin, dostlarınız üçün sevinin, sabah Siz də sevinəcəksiz.

Hər saniyə dünyada bir insanın arzusu reallaşır, sabah Sizin də arzunuz gerçək olacaq. Hər kəs bir gün etdiyi təqdirəlayiq hərəkətin qarşılığını mütləq alacaq.

Qayda 4. Səhvlər və uğursuzluqlar – bunlar yaxşı haldır.

Niyə yaxşıdır? Çünki bunun nəticəsində Siz bir çox faydalı həyat dərsi alırsız. Bu hal gələcək günlərdə daha effektiv qərarlar verməyiniz üçün zəmin yaradır.

Uğursuzluqlar misilsiz dərslər verir. Uğur səhv etməyənlərlə çox nadir hallarda rastlaşır, o, yalnız inadkarlara mütləq şəkildə rast gəlir.

Qayda 5. Asanlıqla tanış olub əlaqələr qurun.

Hər bir görüşə getdikdə elə düşünün ki, bu görüşdə Sizin ən yaxın dostlarınız var. Əhvalınızın bu cür köklənməsi tanımadığınız insanlarla ilk dəfə görüşəndə səmimi ünsiyyət yaranmasına səbəb olacaq. Bu səbəb ona gətirəcək ki, Siz özünüzdən daha əmin olacaqsız. Nəticədə insanların yaddaşında səmimi bir fərd kimi qalacaqsız.

Qayda 6. Hadisəyə yanaşma tərziniz hər şeyi dəyişə bilər.

Pessimizm reallıq maskası altında gizlənir bəzən… Bu səbəblə də Siz həmişə “haqlı” olursunuz. Digər tərəfdən, bəzən reallığa yanaşma tərzini dəyişmək mümkündür. Nəticədə insan, nə axtarırsa, odur.

Qayda 7. Təşəkkür hissi ilə yaşamaq – xoşbəxtliyin ən sadə üsuludur.

Bu, ətrafda baş verənləri normal qəbul edib, öz məqsədlərinə konsentrasiya olmaq üçün çox gözəl vasitədir. Nəticədə isə digərlərini öz pozitiv auran ilə sevindirirsən. Bununla da qarşılıqlı pozitiv enerji mübadiləsi həyata keçmiş olur.

Qayda 8. Özünüzü başqaları ilə müqayisə etməyin.

Əgər Siz özünüzü başqa insanlarla müqayisə edirsinizsə, deməli,  xarici aləmin Sizi idarə etməsinə şərait yaradırsız. Bu səbəblə əhvalınızın pisləşməsinə zəmanət yaranır və bu hal Sizi qətiyyən xoşhal etməyəcək.

Daha məhsuldar olar ki, Siz özünüzü elə özünüzlə müqayisə edəsiz. Nəticədə daha effektiv dəyərləndirmə baş verəcək və Siz nə qədər inkişaf etdiyinizi hiss edə biləcəksiz.

Qayda 9. Qorxunun gözləri böyükdür.

Qorxularınızın 80-90%-i Sizin başınıza gəlməyəcək hallardan qaynaqlanır. Bu qorxular yalnız Sizin beyninizdə mövcuddur. Hətta nə isə baş versə belə, bu Sizin düşündüyünüz kimi dəhşətli bir şey olmayacaq. Narahatçılıq sadəcə vaxtınızın və gücünüzün hədər yerə sərf olunması deməkdir.

Qayda 10. Hər bir şeyi çox ciddi qəbul etməyin.

Bu gün Sizi narahat edən problemlərin çox hissəsini bir neçə il sonra Siz heç xatırlamayacaqsız. Əgər özünüzü və ətrafda baş verənləri çox ciddi qəbul etsəniz və narahatlıqlarınızı beyninizdə böyütsəniz, bu Sizin gücünüzün azalmasına səbəb olacaq.

Sadəcə rahat olun və hər şeyi axarına buraxın – nəticədə Sizin əhvalınız yaxşıya doğru daim dəyişəcək.


Mənbə: © www.fit4brain.com

Foto: http://www.pexels.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s