Adem Günəşin “Bırak ve Rahatla” kitabından alıntı (1)

A.G. bu kitabda psixoloji dəstək təqdim edir. Çoxu zaman uşaqlarla əlaqəli psixoloji kitabların müəllifi olan yazar bu kitabda yetişkinlərə yönəlir.

Bu kitabda seanslar (həftəlik proqramlarla) formasında bəzi metodlar təqdim edilir. 1-ci həftəyə “Yalıtım” adı verilib.

Yalıtım Nədir? Hərfi tərcümə izolasiya kimi ifadə edilir. Bu dönəmdə bütün kənar bildirilərdən uzaqda tutursunuz, insan yalnızlaşınca öz real psixi durumu ilə baş başa qala bilir. Və əslində onun daxilində nə baş verir bunu duya bilir.

İzolasiya müddəti 4 həftə müəyyən edilir. Bu izolasiya nəticəsində bilincli fərqindəlik də yaşanır əslində (mindfullness). Fərqindəlik günümüzdə çox yayılmış məfhumdur. Yaşadığımız həyatın çox sürətlə axımı, dayanıb nəfəs almağa vadar edir. Əslində haradayıq və haraya gedirik anlamaq üçün, fərqinə varmaq üçün.

İzolasiya (təkliyə çəkilmək) edilərkən nədən uzaq durulması lazımdır:

  1. Insan münasibətlərindən (ev, ailə fərdləri istisna olmaqla; işləyirsinizsə iş yoldaşları ilə ancaq iş münasibətləri üzrə davam etmək). 
  2. Telefon- müasir telefon anlayışı çox irəli gedərək həyatımızı tamamilə ələ keçirib. Telefon sadəcə telefon funksionallığından çıxıb, artıq bir an belə telefondan ayrı qala bilmirik sanki. Hər ehtiyacımızı telefonla ödər hala gətirilmişik. İndi telefonun bu üstün funksiyalarından 4 həftə aralı qalmaq ilk başda stres yaşada bilər amma bir qədər sonra rahatladığınızın və yaşanan anın dəyərini duymağa başladığınızın fərqinə varacaqsınız.
  3. Sosial Media- Bir çoxumuz deyirik ki, mən sosial mediadan elə də çox istifadə etmirəm. Nə qədər istifadə etmirik kimi görünsə də, arxa fonda fikrimizdə qalır. Dostunuza mesaj yazırsınız, niye geri dönmədi fikri başınızda dolaşır. Paylaşım edirsiniz, nə qədər adama göründü, görünmədisə niyə görünmədi fikri dolaşır başınızda və s. Bütün bunlardan özünüzü 4 həftə ərzində təcrid edin.
  4. Televiziya və radio. Televiziya və radio verilişləri bizim ruh halımızı sanki ört basdır edir. Yəni realda hiss etdiklərimizi unutmaq üçün tv izləməyi seçirik, fikrimiz dağılsın. Amma bu müvəqqəti xarakter daşıyır, və əslən problemi həll etmir. Yaxud bir çoxumuz ruh halımıza uyğun serialları izləməyi seçirik, əhvalımız aşağı dalğadadırsa bu seriallar əhvalımızı daha da betər edə bilir.
  5. Musiqi –  Musiqi dinləmək əhvalı müvəqqəti qaldırmaq kimi bir xüsusiyyəti var. Bu aldadıcı effekt ola bilər. İnsan hər şey yaxşıdır kimi hiss edər, ancaq növbəti yaşanan təsir edici hadisəyə qədər. Eyni zamada əhvalı aşağı salan musiqilər də vardır. Dinlədikcə hüzünlənirsən. Bunun qarşısını almaq məqsədilə, izolasiya zamanı musiqi dinləməyə də ara verilməlidir.
  6. Diqqəti yayındırma halları- Bəzən insan düşüncələrindən qaçmaq üçün ya özünü kitab oxumağa verir, ya çox işləməyə, ya evdə həddən artıq təmizlik etməyə. Bütün bunların əsas səbəbi olduğu anı duymaqdan qaçınmaqdır. Səbəblər müxtəlif ola bilər. Bəzən evli insanlar ailə həyatında uğursuz olduğu halda iş həyatında çox uğurlu ola bilər, bu zaman ailəsində işlərin qaydasında olmamağının səbəbini özündə görməz, işdəki uğuru gözlərini bağlayıb ona görə. Ancaq özü özü ilə tək qalsa hisslərini duysa, düşüncələrini qəbul etsə dərk edər ki, işə bu qədər aludə olmağı içindəki fikirlərdən qaçmaq məqsədilədir.

Burada fərqindəlik çox vacibdir. İnsan olduğu anı duymağa çalışmalı, fikirlərini qəbul edib onlarla savaşmamalıdır.

Fiziki olaraq bir ağri hiss edəndə necəsə köməkçi ola bilirik. Ancaq mövzu hisslər olarsa bu proses çox çətin hal alır. Hisslərimizi duya bilmək üçün yalnızlaşmaq, təkliyə çəkilmək (izolasiya) şərtdir. Bu zaman özünüz özünüzün səmimi hisslərini duyub anlaya bilərsiniz.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s