“Bırak ve Rahatla” kitabını oxumağa dəyərmi?

on

Adem Güneşin “Bırak ve Rahatla” kitabı bitdi. Və geriyə gözəl təəsüratlar qaldı.

Çoxumuzun bildiyi kimi Adem hoca daha çox uşaq psixologiyasından bəhs edən bir yazardır. Çox sayda maraqlı və faydalı kitabların müəllifidir. Bu kitabını kitab rəfində görəndə düşünmədən oxumalıyam dedim, kitabın adı cəlb etmişdi hər şey bir tərəfə. 

Bu bir özü-özünü terapiya kitabıdır. 

Kitabda təsvir edilən terapiya həftələr üzrə aparılır. Və diqqətlə oxunub, tətbiq edilsə, faydası mütləq olacaqdır məncə.

Həftə üzrə qeydlərimi ayrıca postlarda paylaşacağam (ilkini artıq görmüsünüz.).

Kitabı oxuyarkən, səslənən yaxınlaşma metodu mənə tanış gəlmişdi. 

Yoga üzrə xüsusi məşqlərdə iştirak etdiyim zaman, müəlliməmizin söylədiklərinə bənzətmişdim. 

Orada deyilən bir ana fikir var idi : Qəbul edin və buraxın. 

Adem hoca isə deyir: Bırak ve Rahatla.

Iki fərqli təbiətdə olan insanın dediklərinin üst üstə düşməsi, inandığım doğruların əsaslı olduğuna inanmağım üçün şərait yaratdı. Hər iki mentor deyirdi: insan öz hisslərinə, duyğularına, emosiyalarına sahib çıxıb onları idarə etməyi öyrənməlidir. Onlarla savaşmaq yox onları qəbul edib, daha sonra isə buraxmaq lazımdır. Savaşarsaq əgər o hiss, o duyğu əsla bizi tərk etməz, dönüb dönüb gələr və əhvalımızı hər dəfə pozar. Ancaq biz öz ruh halımızı qoruyarsaq, baş verənlərlə savaşmaq əvəzinə, onları qəbul edib buraxarsaq, həqiqətən də daha rahat olarıq. Dediklərimin real addımlarını həftələr üzrə ayrıca paylaşacağam.

Sadə formada əks etdirmək üçün belə deyərdim:

– özünü ətrafdan təcrid etmək

– hisslərin idarəsini öyrənmək

– bioritmin düzənlənməsi

– duyğuların idarə edilməsi

– qayğıların mövcudluğuna baxmayaraq buraxmaq, azad etmək

Sonda sadəcə bir sözlə deyilənləri ümumiləşdirmək istərdim: Qəbul et  və özündən azad et (burax).

“Bırak ve Rahatla”, 2-ci həftə qeydləri:

Hissi hiss etmək və idarə etmək-

Hər bir insan uşaqlığından yaşadığı hər bir hissi içində gəzdirər. Və içində yığılan bu hisslər insan yaşa dolduqca onun qoruma mexanizminə çevrilir.

Şüuraltı – duyğuların yaddaşıdır. Duyğulara yol isə hisslərdən keçir.

***

Bir çox insan, şəxsiyyətin sabit və dəyişməz qaldığını düşünür. Ancaq insanın şəxsiyyyəti, fərdiyyəti, xarakteri yaşanmış hadisələr nəticəsində yenidən formalaşa və dəyişə bilər. Bu mümkündür. Insanın şəxsiyyəti yaşanmış bütün hadislərin hisslər bütünüdür. İnsan çoxdan bəri içində donub qalan hissləri və ona zərər verən duyğuları anlayıb düzəltməyə çalışdıqca onun şəxsiyyəti xarakteri də dəyişir.

 ***

Duyğular hisslər nəticəsində formalaşır deyir A. Güneş. Ve bir də qeyd edirki, hər hansı hisslə bir duyğu formalaşdıysa, bu davamlı hal alır. Yəni o duyğunu formalaşdırmaq üçün hisslər yenidən yenidən yaranır, duyğunun ehtiyacı olaraq.

Burada verilən nümunə maraqlıdır: məsələn bir fərd dəyərsizlik duyğusunu elə beyninə yeridir ki, artıq ona kimsə dəyərlisən desə belə qəbul etmir, dəyərsizlik duyğusunu yaşaması üçün dəyərsizlik hissinu duymağa çalışır insan. Bu halda insan özünə necə yardım edə bilər?

  • Özünə köməkedici Hisslərə yoğunlaşmalı insan., və zamanla bu hissləri hiss edə edə normal hala gəlməyi bacaracaq. Artıq  şüuraltı onu idarə edə bilməyəcək.

***

2-ci həftə mövzusu hisslərimizi duymaq və onlari idarə etməkdir. Burada texnikalardan geniş bəhs edilr; prosesin əvvəlində fərqindəliyi duya bilmək üçün 3 dəfə dərindən nəfəs alıb vermək lazımdır və bu sayədə fikirlərimizə fokuslanmış olacağıq.

İnsanın uşaqlıqda yaşadığı irəlidəki həyatında çox önəmli yerə sahib olduğunu artıq hamımız bilirik. İçimizdə oturan o balaca bizə yönələrək onu anlamağa çalışmaq, onu duymaq, və ən əsası onu qəbullanmaq lazımdır. Bunun nəticəsində daha sağlam addımlamağı öyrənir insan.

3-cü həftə:Bioloii ritmin tənzimlənməsi-

Bu həftədə insanın dayanıb bir özünü duyması ehtiyacı yaradılır. Yəni fərqindəlikdir burada işıqlandırılan. İnsanın daima bir qaça qaçda olması onun öz yanılgısıdır. İnsan elə hesab edirki, o cəld olmaqla  bütün işlərin üstəsindən gələcək ve s. Amma çox vaxt əksinə olur. Başladılan işlər yarımçıq qalır.  Heç vaxtım yoxdur deyib gileylənməklə özümüzü geri salırıq əslində, yavaşlamaqla bütün xırda məsələləri aramla həll edə bilərik halbuki.

Çox zaman insanın hüzursuz olmağının səbəbi, davamlı olaraq qaça qaçda olub həyatı duya bilməməsindədir.

Şüuraltı və şüurlu olaraq yavaşlamağı öyrənməliyik, bu zaman fərqindəliyimiz artım göstərəcəkdir. Yavaşlamaq bu həftənin əsas nailiyyətidir.

4-cü həftə: Duyğunu idarə etmək

Bu həftədə daha çox tətbiq etmədir məsələ. Həftəmim açar sözü isə deyərdim ki: fərqindəlikdir.

Fərqindəliyin vacibliyini duyan insan, onun əhvalını dəyişən məsələyə diqqətini yönəltmək əvəzinə, duyğularını idarə etməyə çalışar. Baş verən mənfilik ilə mübarizə aparmaz, duyğularını ələ almaq üçün səy göstərər. Əgər bunu bacararsa addım addım emosional olaraq gücləndiyini anlayacaqdır. Və artıq duyğuları onu deyil, o duyğularını idarə etməyi öyrənmişdir deməkdir.

Və beləliklə insan artıq ətrafını dəyişmək ehtiyacı duymaz, özü gücləndiyini hiss edər və vəziyyəti ələ alar.

Burada bir nüansı unutmamalıyıq, yaşadığımız hər hiss, duyğu anlıqdır. Mənfi yaxud müsbət fərq etməz. Əgər biz mənfi duyğuları duyub onları müsbətə doğru yönəltməyi , yaxud müsbət duyğular yaşanarkən onları doya doya yaşamağı bacararsaq deməli biz dərsimizi yaxşı öyrənmişik.

Duyğuları ələ alıb idarə etməyi yaşam tərzi halına gətirə biliriksə deməli biz emosional olaraq güclənmişik də deyə bilərik.

5-6-7 ci həftələr daha çox çalışma əsaslıdır.

Özümüzü anlayıb duyandan sonra, buraxmaq və rahatlamaq daha da bəsitləşir.

  • Duyğularınızda başqalarına aid olan mənfi halları daşımayın
  • Duyğularınızda daşıdığınız bu mənfilikləri buraxın və rahatlayın
  • Heç kimin əsəbini, üzərində işlənməmiş duyğularını özünüzdə daşımayın
  • Kiminsə sizə dəyər verməməsi, yaxud kinlə yanaşması ilə savaşmayın, özünüzü müdafiə etmək ehtiyacı duymayın, buraxın və rahatlayın
  • Sizi üzən hisslər yaxud əsəb, sizin onla savaşdığınız ölçüdə güclənər, siz onu buradığınız halda isə zəifləyər.

Keyfiyyətli həyat tərzi üçün özünüzə söz verin.

Bunun üçün 4 addım:

  1. Bədən dilində keyfiyyət- özünüzü sevin, bunun üçün üzərinizdə işləyin. Özünüzü bəyənin, qəbul edin.
  2. Sözlü əlaqədə keyfiyyət, leksikonuna yeni sözlər daxil edin. Daha öncə işlətmədiyiniz sözlərdən yeni intonasiya ilə istifadə edin. Məsələn övladınıza qarşı münasibətinizi sevəcən hala gətirin.Təşəkkür edin, məmnunluğunuzu hiss elətdirin və s.
  3. Düşüncədə keyfiyyət- Müsbətə yönəlin, baş verən hər neqativ hala reaksiya verməyin. Qəbul edib, üzərində işləməyə çalışın. Hər şeyi düzətmək, daha yaxşı etmək üzərində yorulmayın, hər şeyə çata bilmədiyinizi qəbul edin.Heç kimi dəyişməyə çalışmayın. 
  4. Duyğularda keyfiyyət- Baş verən xoşa gəlməz halları mənfi duyğularla bəsləməyin. Qəlbinizin qeydinə qalın, oraya ancaq müsbət duyğular depolayın.

Keyfiyyətl həyat tərzindən dönməyin.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s