Sticky post

Məqsəd- Plan- Çalışmaq

Bugün özünüzə hər hansı bacarığı qazandırmaq istəyirsinizsə, bunun üçün hər bir imkan var. Evdə özünüzə universitet təlimi belə vermək mümkündür. O qədər imkanlar genişlənib, tək istənən vaxt və əməkdir. Odur ki, bəhanələri düşünməzdən öncə vaxtı idarə etməyi öyrənməliyik. Nəzərə alaraq ki, bir çoxumuzun körpəsi var. Hər bir şeydən öncə istək olmalıdır, o varsa nə gözəl, sonra məqsədi ciddiləşdirək gərək. Sonrada məqsədə çatmaq üçün plan lazımdır. Adına da “Fədi inkişaf planı” deyək. Planı tərtib etməkdə çətinlik çəkən dostlar üçün addımlar aşağıda göstərim: 1 qələm və 1 kağız götürürsünüz (deyim ki, kağız ilə qələm insanı daha yaradıcı düşünməyə kömək edir,elektron vasitələrdən fərqli … Continue reading Məqsəd- Plan- Çalışmaq

Rate this:

Sticky post

Pozitiv qalmağın yolları

Bir tanışım vardı, ilk işlədiyim dönəmlərdə bir maraqlı fikir söyləmişdi. Demişdi ki, bu zamanda əsəbləri sakit adam olmaq istəyirsənsə il ərzində 2 dəfə əsəbdən müalicə almalısan. Yoxsa bu cəmiyyətdə ayrı cür mümkün deyil. Bu söhbət olmuşdu 2007 ilində. O zamanlar saf saf dinləmişdim onu, və də haqq vermişdim necəsə çünki, adam məndən yaş etibarilə çox böyük idi və təcrübəsi də uyğun olaraq çox idi. Deməli bilir və danışır. Bugün isə öz fikrim var bu mövzuda ondan yazım . Əsəbləri sakit, pozitiv, harmoniya dolu olmaq istəyirsinizsə, ilk əvvəl özünüzü dinləyib özünüzü anlayıb, öz varlığınızla dialoqda olarkən darıxmayan, yorulmayan,  miskinliyə qapılmayan bir … Continue reading Pozitiv qalmağın yolları

Rate this:

Sticky post

Tbilisi notlarım

Ötən il vətəndən kənarda yaşamaq necə olur deyə bir təcrübə yaşadıq. Əslində getdiyimiz ölkə çox da uzaq deyildi, ancaq yenə də qeyd etməliyəm ki, fərqlər nəzərə çarpacaq qədər var idi. Həyat tərzində, düşüncə tərzində, yaşam tərzində. Yeni il etibarilə isə yenidən Bakıdayıq. Əslində müqayisə etməyi sevmirəm, çünki hər şey nisbidir. Ancaq yenə də bəzi nüanslardan yazmaq istədim. Getdiyimiz şəhər Tbilisi idi. Orada uşaqlarla bağlı nəzərə çarpacaq ilkin nüans onların aktivliyidir. Uşaqlar çox aktiv, haylı küylüdür, bizim uşaqlara baxanda. Hətta qeyd edimki, bunu qızımda da hiss etdim, oraya gedəndə sanki sakit bir kənarda oynayırdı, ancaq sonlara doğru o da aktivləşdi, haylı … Continue reading Tbilisi notlarım

Rate this:

Sticky post

Özünün ən yaxşı versiyası olmaq (Better version of yourself)

 Son dönəmlərdə oxuduğum və  qəribə də olmasa paylaşdığım yazılar çoxunluqla ÖZ-ə dönür. Özüm, Özünün, Özünlə və s. Çünki bugün psixoloji araşdırmalar və eyni zamanda bəsitcə ətrafda baş verən emosional olaraq əhvalı aşağı insanların çoxluğu buna səbəbdir. Yəni bugün ən böyük problemlərin başlanğıcı onda, bunda, o birində deyil, məhz bizim özümüzdədir. Hər şey bizlə başlayır. Bəli bəzən hadisələr bizim idarəmizdən çıxır, əliqolu bağlı baxa qalırıq. Amma bu halda da çıxış yolu çətin olsa da var. Nədir? Baş verənləri olduğu kimi qəbul etmək, barışmaq, və möhkəm dayandıqdan sonra yavaş yavaş güclənərək o prosesdən çıxmaq. Bu dediyim məsələyə bir çox nümunələr var əslində həyatda, sadəcə daha duyarlı olsanız anlayacaqsınız, görəcəksiniz.

Mövzuya giriş uzaqdan oldu, əslində isə danışmaq istədiyim, “özümün ən yaxşı versiyası” üzərində işləməkdir. Bunun üçün nə etməliyik, ondan bəhs edəcəyəm:

  1. Lazımsız əşyalardan (evdə, işdə, maşında), lazımsız söhbətlərdən, lazımsız telefon xeberdarlıqlarından qurtulmaq, yaxud təmizlənmək

2. Hər gün yeni bir şey öyrənmək, yaxud təcrübədən keçirmək, yaşamaq- hər hansı bir şey

3. Hadisələrə baxış tərzinizi dəyişin, özünüzü rahat hiss edə biləcəyiniz bir formatda (Məsələn əgər övladınız kaprizlənməyə durmadan davam edirsə və bu sizin əsəblərinizi alt üst etməyə başlamışsa, bu vəziyyətə fərqli nəzərdən baxmağı seçin, məsələn sizin övladınız sağlamdır, və sadəcə onun varlığına sevinin, və unutmayın o sadəcə uşaqlığını yaşayır, anidən əsəblərinizin yerinə oturduğunu hiss edəcəksiniz)

4. Yeni insanları tanimaqdan çəkinməyin, və hətta bunun baş verməsi üçün özünüzü cəmiyyətə qatın, hər hansı bir fəaliyyət buna səbəb ola bilə Və çalışın tanış olduğunuz insanlara öyrənən gözlə baxın, hər bir insanın sizə öyrətdiyi bir nüans vardır.

5. Özünüzü aldatmaqdan vaz keçin, hər yaşanan gün nə ilə yadda qaldı, sizə nə verdi, siz nə əldə etdiniz, siz nə qədər irəli getdiniz, bu suallara doğru cavab verin, bəyənmədiyiniz nüanslar olacaqsa onların üzərində işləyərək özünüzün ideal versiyasını hazır edin

6. Işlərinizi, gününüzü, evinizi orqanizə etməyi öyrə Bir sisteminiz olsun, dağınıqlıqdan, postpone etməkdən özünüzü xilas edin.

7. Büdcə sadəcə maliyyə direktorlarının işi deyil dostlar. Öz büdcənizi idarə etməyi öyrənin, xərclərinizi və gəlirlərinizi sistemləşdirin, nəzarət edin. Lazımsız xərcləri görüb də ixtisar edin. Maliyyə azadlığınızı özünüz düşünün, bunu başqalarından gözləməkdən vaz keçin.

8. Harmoniyada olmaq. Dartınmaq. Yoqa. Yoqa son dönəmlərin ən çox işlənən glamur söz qrupuna daxil olsa da, inanın ki bu əvəzsiz alə Boşuna deyil ki, məşhur insanlar, celebritylər axın edir Hindistana rahatlıq tapmaq üçün. Bunda var bir iş. O işin meditasiya tərəfi olsun bir də işin dartınma tərəfi var. Bilirsiz, əqli sağlıq ruhi sağlıqdan gəlir. Ya da sağlam bədəndə sağlam ruh olur. Yəni ruhunuzu dinləndirmək və sağlamlığınızı təmin etmək olmazsa olmaz. Hər gün 20 dəqiqə olmadı 10 dəqiqə yoqa edin.

9. Not dəftəriniz olsun, yaxud jurnal da deyə bilərik, Orada planlarınızı, arzularınız, məqsədlərinizi gündəlik əsasda yazın, dönüb dönüb baxın, analiz edin.

10. Gülməyi öyrənin J Yoqa dərslərimizin birində dərsə gəldik və instruktor bizdən gülməyimizi istə Nəyə dedik? Dedi səbəbsiz? Hamı bir birinə baxdı ki, dəli deyəcəklər bizə. Dedi qoy desinlər. Səbəbsiz gülməyimiz istəndiyi üçün bir nəfər gülməyə başladı digəri ona baxdı və ona güldü, 3-cüsü də ona baxdı güldü. Və beləkiklə biz zəncirvari gülməyə başladıq. Dəli kimi güldük. Ancaq 15 dəqiqə nəticəsində maksimum pozitiv aldıq hər birimiz. Işdən sonrakı stresimiz uçdu getdi. Gülün dostlar, gülümsəyin.

Continue reading “Özünün ən yaxşı versiyası olmaq (Better version of yourself)”

Maria Montessori və onun “Montessori” təlimi

Maria Montessorinin maraqlı həyatı və fəaliyyət sahəsi vardır. Bugün dünyanın bir çox yerində Montessori təhsilinə üz tuturlar, hərkəs ondan bəhs edər oldu. İstər istəməz sual edirsən o nə edib ki, belə tarixdə yer alıb. Həyatını, etdiklərini, qənaətlərini oxuduqca xanım Montessoriyə … Continue reading Maria Montessori və onun “Montessori” təlimi

Rate this:

Körpələrlə səyahətdən qorxursunuz?! Onda, bu yazı sizin üçündür.

Originally posted on Healtholica:
Körpə ilə səyahət Bu yazımda uşaqlarla səyahət mövzusunu ələ aldım, ümüdvaram səyahətə çıxmaq istəyən analara faydalı olacaqdır. Əvvəla onu deyim ki, səyahət (yaxına –uzağa, qısa- uzun fərq etməz) hardan baxırsınızsa baxın körpənin inkişafına müsbət təsir edən bir olgudur. Bu inkişafın körpənizdə özünü biruzə verməsi həm aktivlik , həm ətraf aləmə maraq və həm də daha sosial olması kimi xarakterizə olunacaqdır. “Körpə ilə səyahət etmək istirahət  demək deyil” deyənlər vardır, təbii ki, bu hər kəsin müstəqil fikridir və hörmətlə qəbul edirəm. Ancaq onu deyim ki, mən heç cürə körpəmi qoyub uzağa getməyi qəbul edə bilmədim, düşündüm ki,… Continue reading Körpələrlə səyahətdən qorxursunuz?! Onda, bu yazı sizin üçündür.

Rate this:

Uğurlu insanları digərlərindən fərqləndirən xüsusiyyətlər hansılardır

Onların bəzilərinə baxaq: Onlar öz xəyallarını reallaşdırmaq üzərində işləməyi seçirlər, nəinki başqalarını hər zaman məmnun etmək yaxud səmimi olmayan əlaqələri qorumağa çalışmaq Onlar arzuları üzərində yoğunlaşırlar, … Continue reading Uğurlu insanları digərlərindən fərqləndirən xüsusiyyətlər hansılardır

Rate this: