Övladınızın gözündə nüfuza sahib olmağın sirri nədir?

Övladınızın gözündə nüfuzlu (avtoritet) olmağınız üçün hansı şərtlər labüddür deyə baxsaq ən əsas şərtlər toplusu – hörmət, emosional yaxınlıq və etibardır deyərdim. Valideyn övladına qarşı tələbkar olmalıdır, ancaq bu tələbkarlıq övladınızın yaşına görə elastiki olmalıdır, aşırı tələbkar olmağınız onun mənəvi dünyasını qıra bilər. Məsələn balanızı heç kimlə müqayisə etməyin, ta körpəlikdən gələn bir şərtdir bu….

Rate this:

Körpə ilə oyunlar

Oyunları yaşına görə qruplaşdırmağa çalışdım. Bizim öz təcrübəmizdən keçirdiklərimizdən yazdım əsasən. 0-3 ay.  Burada oyun adına bir söz demək olmayacaq. Bu dövrdə körpənizlə tanışlıq dönəmidir ən çox. Bu dönəmin ən vacib nüansı gecə və gündüzü körpənizə tanıtmağınızdır. 3-cü aydan başlayaraq artıq gülümsəməyə başlayacaq körpəniz. 3-6 ay. Gülümsəməyə başladımı sizə də rahat olur ünsiyyətə keçmək, çünki…

Rate this:

Övladınızla emosional yaxınlığa doğru 5 addım

Müasir günümüzdə çalış ki, çalışasan. Təbii ki, çalışmaq gözəldir, işləmək yaxşıdır. Ancaq onu da vurğulamaq lazımdır ki, əgər ailəniz varsa, övlad sahibisiniz isə o zaman ailəyə, körpənizə demək olar ki vaxtınız qalmır. Əgər düşünsək ki, körpənin hər iki valideynə ayrı ayrılıqda çox ehtiyacı var. Çalışmalıyıq ki, bir orta yol tapaq. Belə bir ritmdə davam edərkən…

Rate this: